"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pərviz Dadaşov: “Məqsədimiz sakinlərin etimadını layiqincə doğrultmaqdır, ancaq...”

--2018-10-31 / 20:11

Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin Pərviz Dadaşovun Belediyye.infoya verdiyi məlumata görə, hazırda bələdiyyə qəsəbə ərazisində yaşıllaşdırma işlərini həyata keçirir. Belə ki, qəsəbənin dəmiryol xəttinə yaxın ərazisində kanalizasiya xəttinin işləməməsi sayəsində çirkab sularının əhatə etdiyi bir ərazidə ciddi bir layihəni icrasına başlayıb.

Sədrin sözlərinə görə, ərazidə 100 metrdədək 1000 dyümluq kanalizasiya xəttinin çəkilişi başa çatdırlımışdır. Bundan əlavə çökəklik ərazi 10 maşından artıq meşə torpağı ilə doldurulmuş, hamarlanmış və yaşıllıq salınması üçün hazırlanmışdır.

Bu günlərdə bələdiyyənin təşəbbüsüylə keçiriləcək iməcilikdə 100-dək “Eldar şamı” ağacı və gül kolları əkiləcəkdir.

Bununla yanaşı layihənin əsas hissəsini sakinlər arasında maarifləndirci söhbətlərin aparılması təşkil edir. Bələdiyyə üzvlərinin də iştrak etdiyi görüşlərdə sakinlərə vergilərin veriləmisiylə bağlı söhbətlər aparılır, həmdə zibil tullantılarının konteynerə atılması və ərazinin daim təmiz saxlanılmasına maraqlı olmaları izah edilmişdir.

Həmçinin bələdiyyə sədri   bu günlərdə bələdiyyənin təşəbbüsünə Azərbaycan Dəmiryolları idarəsinin biganə qalmadığını, qəsəbəni iki yerə ayıran dəmir yol xəttinin üzərində piyada keçidinin inşa edildiyini və yeraltı avtomobil tunelinin də inşa edilməsi üçün razılıq verildiyini qeyd edib.

Pərviz Dadaşov: “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə təşəkkürümü bildirir və ümidvaram ki, başlanılan tikinti vaxtında sakinlərimizin istifadəsinə veriləcəkdir. Bugün sakinlərimiz həqiqətən ciddi problemlərlə üzləşirlər.”

Sədr daha sonra bələdiyyənin qəsəbə qəbrstanlığında həyata keçirdiyi layihənində yekunlaşdığını bildirib.

Belə ki, dəfn mərasimlərinin yerinə yetirilməsi üçün müvafiq yerlər əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib. Həmçinin bələdiyyə iclasının qərarıyla qəbrstanlıqda dəfn xidmətləri bütün qəsəbə sakinləri üçün pulsuz göstərilir.

Bələdiyyədə arxiv işinin təşkilinə ciddi fikir verildiyini qeyd edən sədr bildirb ki, bunun üçün ayrıca otaq ayrılmış və sənədləşdirmə işləri standarta uyğun şəkildə məhz arxivdə yerləşdirlir. Maliyyə imkanı olduqca ayrcıa arxivçi ştatı da təsis ediləcəkdir.

Sədr daha sonra bildirib ki, əsas məqsədimiz sakinlərin etimadını layiqincə doğrultmaqdır. Ancaq sakinlərimizdə bələdiyyənin tam və səmərəli fəaliyyəti üçün vergi borclarını vaxtında verməlidirlər.

Belediyye.info

ŞƏRHLƏR