"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pərviz Namazov : “əmlak vergisnin həcmini ondəfəyədək artıra bilmişik”

--2016-08-22 / 11:00

Sabunçu rayon Sabunçu bələdiyyəsinin sədri Pərviz Namazovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə ərazisində olan mənzil-təsərrüfatının 30 %-dək hissəsinin sənədi mövcuddur. Lakin ümumi rəqəmin 70 faizədək hissəsinin sənədləşdirlməməsi nəticəsində əmlak verigisinin yığımında çətinliklər vardır. Ancaq bələdiyyənin sakinləri arasında apardığı maarifləndirmə işləri nəticəsində bu problemin müəyyən qədər həllinə nail olunub: “Cari ildə əsas məqsədimiz Dövlət Sosial Müdafiə Fonduna (DSMF) əvvəlki illərdən yığılıb qalmış  borcların silinməsinə nail olmaqla yanaşı, ərazidə sakinləri narahat edən problemlərin aradan qaldırılmasına çalışmaq olub.

Hazırda DSMF-yə olan borcun xeyli bir hissəsi ödənərək, həcmini minimuma endirə bilmişik.”

Bələdiyyənin  büdcə daxilolmalarına toxunan sədr ilin ilk altı ayı ərzində bələdiyyə büdcəsinə 58.532 manat vəsait daxil olduğunu bildirib: “Bu vəsaitin 46.360 manatı əmlak vergisinin yığımından daxil olub. əlavə edim ki, torpaq vergisindən 3.807 manat, icarə haqqlarından isə 2.926 manat vəsait daxil olub.

Ümumilkdə əmlak vergisindən daxil olan ödənişlərin həcmini on dəfəyədək arıtra bilmişik.

ilk atdığımız addım onlayn ödənişə keçməyimiz olub. Hər ay “E-manat” onlayn ödəniş sistemiylə bələdiyyə büdcəsinə 5-6 min manat vəsait daxil olur.  Bu vəsaitin həcmini artırmaq üçün bələdiyyənin vergi müfəttişləri sakinlər arasında ciddi maarifləndirmə işləri aparır.”

Belediyye.info

 

  

ŞƏRHLƏR