"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pərviz Quliyev: “əməkhaqqlarının ödənişində hər hansı problem yoxdur”

--2015-08-24 / 18:50

“Yeni qaydalara əsasən əhaliyə əmlak və torpaq vergisini ödəməsi üçün bildirişlər paylanılıb”. Bu sözləri belediyye.info saytına açıqlamasında Xətai rayonu əhmədli bələdiyyəsinin sədri Pərviz Quliyev deyib. Onun sözlərinə görə, yeni qaydalarla vergilərin toplanması daha yaxşıdır: “Onu deyim ki,  hələki heç bir vətəndaş öz təşəbbüsü ilə vergiləri ödəmək istəmir. Yeni qaydalar tətbiq edildikdən sonra vətəndaşlar onlara təqdim olunan bildirişə uyğun olaraq vergisini ödəyir. Tərəfimizdən də onlara izah edilir ki, vergi ödənilməlidir. Biz çalışırıq ki, bu məsələdə təşəbbüskar vətəndaşlar özləri olsun. Bir sözlə onu deyə bilərəm ki, əvvəlki illərlə nisbətdə indi verginin toplanılmasında müəyyən irəliləyişlər var”.

P.Quliyev deyib ki, bələdiyyənin əsas gəlir mənbəyi vergilərdir. Onun sözlərinə görə, bundan başqa bələdiyyəyə əlavə maliyyə gəlmir: “Bir məqamı da qeyd edim ki, bələdiyyə yaranmamışdan əvvəl əhmədli ərazisində zəbt olunmuş torpaqlar var. Amma indi buna rast gəlinmir. Çünki bələdiyyənin ərazisində boş torpaq sahəsi yoxdur”.

Bələdiyyə sədri vurğulayıb ki, qurumun əməkdaşlarının əmək haqlarının gecikdirilməsi halı mart ayınacan olub: “Amma hazırda onların əmək haqları tam ödənilir və bu sahədə heç bir problem yoxdur”.

P.Quliyev əlavə edib ki, bələdiyyə ərazisində yaranan problemlərin həllində rayon icra hakimiyyəti tərəfindən köməkliklər göstərilir.

Bəxtiyar Məmmədli 

ŞƏRHLƏR