"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident ilham əliyevin DOÄžUM GüNüDüR

--2021-12-24 / 03:17

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ilham əliyevin doğum günüdür.

 Modern.az xatırladır ki, dövlət başçısının 60 yaşı tamam olur.

 ilham Heydər oğlu əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan ilham əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq əlaqələr institutuna (MDBəi - MQiMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

 1985-ci ildə dissertasiya müdafiə edən ilham əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBəi-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən ilham əliyev 2001-2003-cü illərdə Avropa şurası Parlament Assambleyasında (AşPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AşPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə Baş Nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar ilham əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib, oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan ilham əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.

 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində ilham əliyev 86,03 faiz səs toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

 Prezident ilham əliyev hakim Yeni Azərbaycan Partiyasının sədridir. ilham əliyev, həmçinin, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. idmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

 Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

 Evlidir, üç övladı var.

 Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü təmin edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.

https://modern.az/az/news/322489/prezident-ilham-eliyevin-dogum-gunudur

ŞƏRHLƏR