"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

PXTiB və “Loqos” Dərbənd şəhərində ödənişsiz konsultasiya keçirib

--2018-06-08 / 13:32

Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi, “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzi Dağıstan Qadınlar ictimai Birliyinin sədri intizar Mamutayevanın dəvəti ilə Dərbənd şəhərinə səfər ediblər.
Səfər çərçivəsində iki hissəli tədbir keçirilib və Dərbənd şəhərində yaşayan soydaşlarımıza ödənişsiz konsultasiyalar aparılıb.
Tədbirdə Dağıstan rəsmisi ənvər Hacımuradov, deputat Majmutdin Səmədov, Dağıstan Qadınlar ictimai Birliyinin sədri intizar Mamutayeva, “Qafqaz” Beynəlxalq fondunun prezidenti Xasaybat Vəliyeva, Rəsul Həmzətov adına fondun vitse-prezidenti Həbibət əzizova , “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqtlar ictimai Birliyinin sədri Təranə Məmmədova, “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva və “Loqos” un nümayəndə heyəti iştirak ediblər.
Tədbirin rəsmi açılış mərasimindən sonra Dərbəndə yollanan “Loqos”un peşəkar mütəxəssisləri bir neçə istiqamətdə : psixoloji, loqoped-defektoloji, psixo-pedaqoji və psixoterapevtik konsultasiyalar həyata keçirblər. 7 saat davam edən konsultasiyada uşaq , yeniyetmə və böyüklər iştirak ediblər.

Görüşün sonunda Dərbənd rayon Bələdiyyəsi tərəfindən “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədovaya Fəxri Fərman təqdim edilib.

Belediyye.info

ŞƏRHLƏR