"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Q.Məmmədov: “Vətəndaşlarımız arzu edirlər ki, ..”

--2016-11-12 / 19:28

2016-ci il oktyabrın 31-dən noyabrın 6-dək Nizami (Gəncə ş.) bələdiyyəsi tərəfindən Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində həyata keçirilmiş tədbirlərlə bağlı bələdiyyə sədri Qoşqar Məmmədovun Belediyye.infoya verdiyi məlumata görə,  Nizami (Gəncə ş.) Bələdiyyəsi tərəfindən “Yerli Demokratiya Həftəsi”nin keçirilməsinə ilə bağlı tədbirlər planı tutulmuş və rayonun əhalisinə bu barədə məlumat verilmişdir.

Sədrin sözlərinə görə, tədbirlər planına uyğun olaraq bələdiyyə qulluqçuları tərəfindən vətəndaşlarla 3 görüş keçirilmişdir. Görüşlər zamanı bələdiyyə tərəfindən icrası həll olunmuş işlər barədə hesabat, həmçinin bələdiyyə büdcəsinin gəlir və xərcləri barədə vətəndaşlara ətraflı məlumat verilmişdir. Bundan başqa bələdiyyənin insan hüquqlarının qorunmasına dair apardığı fəaliyyət haqqında da vətəndaşlara məlumat verilmişdir.

Q.Məmmədov daha sonra bildirib ki, bələdiyyədə açıq qapı günü elan edilmiş və 50-yə yaxın vətəndaş bələdiyyə üzvləri tərəfindən qəbul edilərək onların problemləri dinlənilmiş, həmçinin bəzi problemlər yerində operativ həll edilmişdir. Görüşlər zamanı vətəndaşların qaldırdıqları əsaslı problemlər torpaqların bələdiyyə mülkiyyətinə verilməməsi,  fərdi ev tikintisi üçün torpaq sahələrinin ayrılması, tikilmiş evlərin sənədləşdirilməsi, bəzi ərazilərə suyun vaxtlı-vaxtında verilməməsi, zibillərin ərazilərdən müntəzəm olaraq daşınmaması və müəyyən yolların dağınıq və narahat vəziyyətdə olmasıdır. Bundan başqa əhalinin işsizlik və maddi yardımlarla bağlı problemləri müzakirə eildi. Müzakirə zamanı problemlərin bəziləri yerindəcə həll edilmiş, bəziləri isə müddət qoyularaq həll edilməsinə söz verilmişdir.

əlavə olaraq vətəndaşlara bildirilmişdir ki, istənilən vaxt Nizami (Gəncə ş.) Bələdiyyəsinin fəaliyyəti haqqında tam məlumat almaq üçün, təklif və şikayətləri bələdiyyədə yeni yaradılan www.nizami.bel.az saytından və (+99422) 254 5028 nömrəli qaynar xəttindən istifadə edə bilərlər.

Sonda isə bəzi vətəndaşların arzuları belə olmuşdur ki, bələdiyyə gələcəkdə “Yerli Demokratiya Həftəsi” çərçivəsində öz fəaliyyətindən hesabat verərkən bələdiyyə teatrının, bazar və istehsalat obyektlərinin, xəstəxana və uşaq tərbiyə müəssələrinin, istirahət və digər xidmət obyektlərinin də işindən danışılsın.

Belediyye.info

ŞƏRHLƏR