Gəncə .şəhər Nizami bələdiyyəsi 2017-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 05-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində hansı layihələr imza atıb?
Sualımızı ası çəkilən bələdiyyənin sədri Qoşqar Məmmədov cavablandırır:-
Öncə qeyd edim ki, Nizami (Gəncə ş.) bələdiyyəsi tərəfindən”Yerli Demokratiya Həftəsinin” keçirilməsinə dair tədbirlər planı tutulmuş və rayonun əhalisinə bu barədə xəbərdarlıq edilmişdir. Bələdiyyə iclasında qəbul edilmiş tədbirlər planına uyğun olaraq bələdiyyənin qulluqçuları tərəfindən vətəndaşlarla 3 görüş keçirilmişdir. Bu görüşlərdə bələdiyyə tərəfindən görülmüş işlər barədə hesabat verilmiş bələdiyyənin büdcəsinin gəlir və xərcləri barədə əhaliyə ətraflı məlumat verilmişdir. Bundan başqa əhaliyə bələdiyyənin insan hüquqlarının qorunmasına dair apardığı fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Bununla yanaşı bələdiyyədə “Açıq qapı” günü elan edilmiş və 58-ə yaxın vətəndaş bələdiyyə üzvləri tərəfindən qəbul edilərək onların problemləri dinlənilmiş və bəzi problemlər operativ həll edilmişdir.
Görüşlər zamanı bələdiyyənin rayon ərazisində gördüyü abadlıq və quruculuq işləri haqqında ətraflı məlumat verilmişdir.Vətəndaşların qaldırdıqları problemlər isə əsasən torpaqların bələdiyyə mülkiyyətinə verilməməsi, fərdi ev tikintisi üçün torpaq sahələrinin ayrılması mümkün olmadığı, tikilmiş evlərin sənədləşdirilməsi , bəzi ərazilərə suyun vaxtlı-vaxtında verilməməsi, zibillərin ərazilərdən vaxtlı-vaxtında daşınmaması ,yolların narahat vəziyyətdə olması,bəzi ərazilərdə ictimai nəqliyatın yaxşı işləməməsidır.
Bundan başqa görüşlər zamanı işsizlik problemi və maddi yardım haqqında məsələlər qaldırılmışdır.
Qaldırılan problemlərin bəziləri yerindəcə həll edilmiş, bəziləri isə müddət qoyularaq həll edilməsinə söz verilmişdir.
Sonda qeyd etməliyəm ki, vətəndaşlara bildirilmişdir ki, hər zaman Nizami (Gəncə ş.) bələdiyyəsindən onun fəaliyyəti haqqında tam məlumat almaq üçün, təklif və şikayətlərini bildirmək üçün bələdiyyədə yaradılmış yeni nizami.bel.az saytından və 022-254-50-28 qaynar xətt telefon nömrəsindən istifadə edə bilərlər.
Belediyye.info