"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsində “Yerli Demokratiya Həftəsi”

--2017-11-04 / 16:11

“Suraxanı rayon Qaraçuxur bələdiyyəsi “Yerli Demokratiya Həftəsinə” ciddi hazırlaşıb”-bu fikirləri Belediyye.infoya açıqlamasında Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov bildirib.

Sədrin sözlərinə görə, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının tövsiyələrinə uyğun olaraq bələdiyyə iclasında “Yerli Demokratiya Həftə”siylə bağlı görüləcək işlər geniş müzakirə olunaraq öz təsdiqini tapıb. Bələdiyyə iclasının qərarıyla bu il keçirilən həftə ərzində daha rəngarəng layihələrin həyata keçirilməsi qərara alınıb.

Sədrin fikrincə, səyyar görüşlərin və qəbulların keçirilməsi, o cümlədən bələdiyyədə “Açıq Qapı” gününün təşkili, habelə məktəblərdə görüşlərin keçirilməsi nəzərdə tutulan işlərdən idi.

əhməd Mehballyev küçəsində Qaraçuxur bələdiyyəsi tərəfindən”Bir bələdiyyə-bir layihə” çərçivəsində qəsəbənin abadlığına xidmət edən layihə  uğurla davam etdirilib.

Belə ki, qeyri yaşayış obyektlərinin vitrinləri və fasadları yenilənib, yaşayış evlərinin hasarları suvanaraq aqlay daşla üzlənib, həmin ərazidə yeni yaşıllıq zolağı salınıb.

Həftə ərzində bələdiyyənin əsas vəzifələrindən biri də qəsəbənin abadlığına öz dəstəyini vermək idi. Odur ki, ilk növbədə qəsəbənin görünüşünə xələl gətirən görkəmsiz bağ massivlərindəki məftil torlar  təmizlənib,ərazilərdə səliqə-səhman işləri aparılıb.

Sədr daha sonra bildirib ki, Suraxanı RiH-in dəstəyi və təşkilatçılğı ilə bu gün qəsəbədəki Neftçilər parkında iməcilik keçirilmiş, “Vətən şəhidləri unudulmur” bələdiyyə parkında 100- dən çox  ağac əkilmişdir.

Qəsəbənin Nizami ismayılov kücəsi ilə “Bülbülə” gölü arasında olan zibillik təmizlənərək abadlaşdırılmış, əraziyə  həftə ərtzində onlarca şam və zeytun ağacları əkilmişdir.

Sədr söhbət zamanı vətəndaşların qəbuluna da toxundu.

i.Nəcəfovun sözlərinə görə, vətəndaşlarla görüşlərimizdə xahişimiz ondan ibarət olub ki, qəsəbəmizi təmiz saxlayaq, cirkləndirməyək,yaşıllıqları qoruyaq, park və xiyabanlarımızda mövcud vəziyyəti saxlayaq,  ən sonda isə yerli vergilərimizi vaxtında ödəyək.

Qısa şəkildə deyim ki, Yelri Demokratiya Həftəsi cərçivəsində 10 səyyar görüş kecirilmiş, həmin görüşlərdə 120 sakin  iştirak etmiş,  “Açıq qapı” günlərində  isə  50 yə yaxın vətəndaş bələdiyyənin rəsmiləri tərəfindən  qəbul edilmişdir.

 Belediyye.info

ŞƏRHLƏR