sorğu
Belediyye.infoya daxil olan məlumata görə, Suraxanı rayon Qaraçuxur bələdiyyəsində bələdiyyə üzvləri və qulluqçularının iştirakıyla görüş keçirilib.
Görüşdə bələdiyyə sədri ixtiyar Nəcəfov “Yerli Demokratiya Həftəsi”nin əhəmiyyətindən danışaraq bələdiyyənin həyata keçirəcəyi layihələrdən danışıb. Görüşdə həmçinin bələdiyyə iclasında “Yerli Demokratiya Həftəsi” çərçivəsində görüləcək işlərin icra prosesi müzakirə edilib.
Bələdiyyədən daxil olan məlumata görə, iclasda Qaraçuxur bələdiyyəsinin həftə ərzində keçirəcəyi səyyar görüşlərin qrafiki də təsdiq edilib.
Belediyye.info