"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaradağ bələdiyyələri “easyPAY” ödəniş sisteminə qoşulub

--2016-06-19 / 19:31

Qaradağ rayon Lökbatan Bələdiyyəsindən verilən məlumata görə, rayon bələdiyyələrinin bir qismi “easyPAY” ödəniş sisteminə  qoşulub. Lökbatan, Körgöz, Müşfiqabad,ələt, Sahil və Qobustan bələdiyyəsi yeni ödəniş siteminə qoşulmaqla büdcə gəlirlərini artırmaq istəyinədədirlər. Artıq hər qəsəbə sakini poçt və banka getməmiş sistemin  post terminallarından yerli vergilərini ödəyə biləcəklər.

Bələdiyyədən verilən məlumata görə, bələdiyyənin hər biri ən azı 5% müqabilində  büdcə daxilolmalarının həcmini artırmaq istəyindədirlər.

 “easyPAY” ödəniş sisteminə ilk olaraq Nəsimi, sonra isə  Səbail və  Nizami bələdiyyələri qoşulub.

Bu günlərdə isə Gəncənin Nizami və Kəpəz bələdiyyəsi də bu sistemə qoşulub.

Ümumilikdə, “easyPAY” ödəniş sisteminə 11 bələdiyyə qoşulub.

Bundan əvvəl isə E-manat sisteminə  Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə digər beş bələdiyyə - Bakıxanov, Sabunçu, Yasamal, Nizami, Pirşağı  və Xırdalan bələdiyyəsi   qoşulub.

Bələdiyyələrdən daxil olan məlumatlara görə, hər ay elektron ödəmə sistemlərindən orta rəqəmlə  ümumi büdcə daxilolmalarının həcmi 10-15% -dək vəsait artacaq.

Belediyye.info

ŞƏRHLƏR