"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qəndab Orucova: “Hazırda Pirəküşkül-Qobustan bələdiyyəsinin hər hansı təşkilata borcu yoxdur”

--2019-01-21 / 18:19

Abşeron rayonu Pirəküşkül-Qobustan bələdiyyəsinin 2019-cu ildə ilk iclası keçirilib. iclasda bələdiyyənin 2018-ci ildəki gəlir və xərc məsələsiylə bağlı hesabat dinlənilib və məruzə ətrafında müzakirə edilib. Bu barədə məlumat bələdiyyədən daxil olub.

Hesabat məruzəsiylə bağlı yerli məsələlər daimi komissiyasının sədri Hüseyn Qurbanov ətraflı şəkildə məruzə ilə çıxış edib.

Komissiya sədri bildirb ki, 2018-ci ildə bələdiyə büdcə gəlirləinin həcmi 43.937 manat olub. Bu vəsaitin 24.407 manatı torpaqdan icarə haqlarından , 9.600 manatı torpaq vergisindən, 6.390 manatı əmlak vergisindən daxil olub. Bununla yanaşı 2.460 manat dotasiya və 1.079 manat fiziki şəxslərdən könüllü ianələr daxil olub.

Komissiya sədri daha sonra bildirib ki, əldə edilən maliyyə vəsaitinin 7.130 manatı qəsəbə daxili yolların abadlaşdırılmasına, 800 manatı maddi yardımlara xərclənib.

Ümumilikdə xərclərin həcmi 37 min manata yaxın olub. Büdcə qalığının həcmi isə 7 min manat olub.

iclasda çıxış edən sədr Qəndab Orucova bildirib ki, hazırda bələdiyyənin hər hansı təşkilata borcu yoxdur. Bələdiyyə büdcə gəlirlərini artırmaq üçün həm bələdiyyə üzvləri, həmdə bələdiyyə qulluqçuları daim çalışmalı və öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar.

icalsda bələdiyyənin 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Bələdiyyənin 9 nəfər üzvü yekdilliklə hesabatın təsdiqinə səs veriblər.

Belediyye.info

ŞƏRHLƏR