“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin yekun təqdimatını keçirəcəkdir.
“Bələdiyyələrin inkişafında iKT-nin rolu” mövzusunda keçiriləcək təqdimat 04 iyun saat 11:00 Quzanlı qəsəbəsindəki Ağdam RiH-in Akt zalında baş tutacaq.
Tədbirə Bərdə, Tərtər, Ağcabədi və Ağdam bələdiyyələrinin təmsilçiləri, habelə Bərdə Regional ədliyyə şöbəsinin rəsmiləri və yerli KiV təmsilçilərinin qatılacağı tədbirə QHT təmsilçiləri dəvətlidirlər.
Qeyd edək ki, layihə çərçivəsində Bakının Suraxanı, Ağdam və Tərtər rayonlarındakı bələdiyyələrə qrup şəklində hər birində bir dəfə olmaqla hüquqi dərslər təşkil edilimiş və qeyd edilən məsələlərlə bağlı bələdiyyə üzvlərinə metodik tövsiyyələr verilmişdir.
Təşkilat həmçinin layihə çərçivəsində istifadəyə veriləən Belediyye.info saytı vasitəsiylə bələdiyyyələrə həm qanunların izahı verilir, onların fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırılır.
Məlumat üçün bildiririk ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə həyata keçirdyi sayca dördüncü layihəsidir.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi