“Vergilərin yıgılması işlərini günün tələbləri səviyyəsində qura bilməmişik”
ismayılli rayon Gəraybəyli bələdiyyəsinin sədri Qinyaz əkbərov Belediyye.infoya geniş açıqlamasında bildirib ki, Gəraybəyli bələdiyyəsi 4 (dörd) kəndi əhatə edir. Bələdiyyənin ərazisində 1199 nəfər yerli əhali və 102 nəfər məcburi köckün yaşayır. Bələdiyyənin ərazisi isə 3306 hektardır ki, onun da 979 hektarı əhalinin pay torpagı 45 hektarı bələdiyyənin ehtiyat fondu 22 hektarı KPi fondu, 1183 hektarı təbii örüş sahəsi 1077 hektarı isə saır torpaqlardır.
Bələdiyyənin ərazisində 1 bələdiyyə, 1 nümayəndəlik, 2 tam orta məktəb, 2 kitabxana, 2 klub, 2 uşaq baxcası, 3 ticarət köşkü, 1 poct binası, 200 nömrəlik 1 elektron telefon stansiyası 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bələdiyyənin 3 kəndində təbii qazdan istifadə olunur. Kəndlərdə əhaliyə 8 ədəd elektrik transformatoru xidmət edir.
Bələdiyyənin fəaliyyətinə toxunan sədr bildirib ki, 2017-cı ildə bələdiyyənin 13 ümumi iclası kecirilmiş və həmin iclaslarda 18 məsələyə baxılmışdır. 2017-ci ildə bələdiyyəyə müxtəlif idarə və müəssisələrdən 15 məktub daxil olmuş bələdiyyə tərəfindən isə 35 məktub aidiyyatı idarələrə göndərilmişdir.
2017-cü ildə tərtib olunmuş iş planına və əhalinin müraçiətlərinə uygun olaraq bələdiyyənin əhatə etdiyi bütün kəndlərdə müəyyən abadlıq işləri görülmüşdür. Gəraybəyli kəndinin giriş qapısı pas əleyhinə rənglə ilə rənglənmışdır. idarə binasının fasad hissəsı emulsiya ilə rənglənmişdir.
iş planına uygun olaraq Gəraybəyli, Xəlilli və əyyubbəyli kəndlərinə Girdimancaydan gələn su arxlarının ekskovator ilə qazılıb təmizlənməsi və kəndlərə su buraxilması təşkil olunmuşdur. Bundan başqa əhalinin müraciətini nəzərə alıb kənlərin kücələrində olan peyin və məişət tullantılarının mütəmadi olaraq təmizlənməsi işləri görülmüş və gələcəkdədə bu istiqamətdə işlər davam etdiriləcəkdir. Q.əkbərov qeyd edib ki, hələdə kəndlərin bəzi məhəllə və kücələrinə cirkab suların axıdılması və zir-zibilin peyinin tökülməsi halları mövcuddur. Biz bu istiqamətdə ciddi tədbirlər görülməsi ücün mütəmadi olaraq həmin kücələrə nəzarəti gücləndirmək məqsədilə bələdiyyənin ərazisində müvafiq komissiya yaradılmışdır.
Bununla yanaşı yay fəsli ilə əlaqədar olaraq əhalinin icməli suya və həyətyanı torpaq sahələrinin suvarılmasında eləcədə mal-qaranın suvarılmasında müəyyən cətinliklər olur. Bunula əlaqədar olaraq Xəlilli kəndində olan bir ədəd subartezian quyusu subartezianlar idarəsi tərəfindən qazılaraq istifadəyə verilmışdir. Gəraybəyli kəndində olan bir ədəd subartezian quyusu əhaliyə xidmət göstərir.
Girdimancaydan gələn təbii sudan daimi istifadə etmək ücün suvarma sistemləri idarəsinin işcilərinin və bələdiyyə işcilərinin köməyi ilə əhalini daimi su ilə təmin olunması istiqamıətində gündəlik iş aparılır. Kəndlərin su ilə təmin olunması məqsədilə köhnə su arxı bərpa olunmuş və əhalının suya olan tələbatı Girdimancaydan Gəraybəyli, Xəlilli və əyyubbəyli kəndlərinə su buraxılması təmin olunmuşdur.
əhalınin həyatyanı sahələırində 12.5 ha artıq zəbt torpaq sahəsi vardır ki, həmin sahələr əhalı tərəfindən təhvil verilməli ya da özəlləşdirilməlidir. Bu istiqamətdə işlərimizi davam etdiririk.
Bələdiyyənin xərclərinə toxunan sədr bələdiyyənin 01.01.2018-cı il tarixə 697 manat həmkarlar təşkilatına, DSMF-yə 453 manat, işcilərin əmək haqqına 7.458 manat yəni 2017-ci ilin əmək haqqı ödənilməmiş qalmışdırki, ümumilikdə 8692 manat kreditor borcu vardır.
Bələdiyyəmizin ərazisində 294 nəfər fiziki şəxs 1 hüquqi şəxs olmaqla cəmi 295 vergi ödəyiciləri vardır ki, onlarında bələdiyyə büdcəsinə 01.01.2018-ci il tarixə 20.490 manat vergi borcları qalmışdır. 2017-ci il ərzində bütün növlər üzrə yıgılan vergilər 4536-65 manat təşkil etmişdir ki, bu da ötən il ərzində yığılan 3247 manata nisbətən 1289-65 manat və ya 39.7 % coxdur.
Etriaf edilməlidri ki, vergilərin yıgılması istiqamətində işlər günün tələbləri səviyyəsində qurulmamışdır. Odur ki, bu istiqmətdə bütün səy və bacarıqlarımızı artırmaqla əhali arasında təbligat və təşviqat işlərini gücləndirməyi qarşımıza əsas məqsəd kimi qoymuşuq.
Yuxarıda göstərdiyim vergi borclarının əhali tərəfindən vaxtında ödənilməsini təmin etmək bizim gündəlik işimiz olmaqla bu istiqamətdə səylərimizi daha da artırmalı və həmin vəsaitin yığılıb kəndlərimizin sosial problemlərinin həlli istiqamətinə yönəldilməsinə nail olmağa qarşımıza məqsəd qoymuşuq.
Belediyye.info