"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qırmızı qəsəbə bələdiyyəsinin sədri: “Yaxın günlərdə bələdiyyənin turizm xidmətlərindən maliyyə vəsaitinin cəlb edilməsi üçün bələdiyyə iclasında müzakirələr aparılacaqdır”

--2022-04-17 / 12:46

““Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” mövzusunda həyata keçirdiyi layihəsi çərçivəsində silsilə görüşləri davam etdirir.

“ictimai birliyin regionlarda turizmin inkişafında bələdiyyələrin rolunun artırılması sahəsində əldə edilən təcrübədən qaynaqlanan təklifləri Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yadadayeva Yafo Ariilovna ilə birgə müzakirə etdik”- bu fikirləri Belediyye.infoya “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli bildirib.

Görüşdə Vüqar Tofiqli bölgənin turizm potensialından danışaraq bu işdə bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü qeyd edib. Bələdiyyə büdcəsində əsas maliyyə istiqamətlərindən turizm xidmətlərindən hər hansı vəsaitin daxil olmaması hər kəsdə narahatlıq doğurmalı və bu sahənin bələdiyyə üçün gəlirli sahəyə çevrilməsi üçün ciddi addımlar atılmalıdır.

Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yadadayeva Yafo Ariilovna bələdiyyənin ötən illərdəki fəaliyyətinə toxunmaqla qəsəbənin hazıda tuzim marşrutları siyahısına daxil edildiyini qeyd edərək, turistlərin gəlişi üçün qəsəbədə bütün infrastrukturun qurulduğunu, qədim maddi mədəni irs nümunələrinin dövlətin və yerli iş adamlarının dəstəyi ilə əsaslı şəkildə təmir edilmiş, qəsəbənin daim təmizliyinin diqqət mərkəzində saxlanıldığını bildirib. Hazırda qəsəbədə üç min nəfərə yaxın sakin və 100 artıq təsərrüfat var. Bələdiyyənin maliyyə vəziyyətində çətinliklər yaransa da bu günədək bir sıra ciddi layihələrin icrası həyata keçirılmişdir. Yaxın günlərdə bələdiyyənin turizm xidmətlərindən maliyyə vəsaitinin cəlb edilməsi üçün bələdiyyə iclasında müzakirələr aparılacaqdır.

Səfər çərçivəsində Qudyal çayı üzərində XIX əsrə aid qədim tağlı körpü,Dağ Yəhudilərinin muzeyi ziayrət edlmişdir. əlavə edək ki, layihə iştirkaçıalrı qəsəfr çərmivəsində Qusartın Həzrə, Hil, habelə Qubanın Qəçreş və Xınalıq kəndlərində olmuşlar.

Belediyye.info

 

 

 

 

ŞƏRHLƏR