"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qismət Qəfərov: “Prezident tapşırıqlarının icrasıyla bağlı bələdiyyəmizdə öz töhvəsini verəcəkdir”

--2017-07-02 / 14:51

Neftçala rayonu  Xol Qarabucaq bələdiyyəsi  Dördlər,  Xol Təzəkənd və Xol Qarabucaq kəndini özündə birləşdirir. Rayon mərkəzindən xeyli məsafədə aralı olsa da bu gün bələdiyyə fəallığı ilə seçilir.

Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun Belediyye.iNFO-ya  açıqlamasında bildirib ki,  bələdiyyənin doqquz üzvü var. Bu və digər səbəbdən üç bələdiyyə üzvünün səlahiyyətinə xitam verilib. Hazırda bələdiyyə altı  üzvlə fəaliyyət göstərir.

Qismət Qəfərov 2004-cü ildə ildə ilk dəfə bələdiyyə üzvü seçilsə də, sonradan dövlət qulluğuna keçdiyindən bir müddət bələdiyyə sistemində gedən proseslərə qatılmayıb.  Ancaq 2014-cü ildə yenidən bələdiyyə üzvü seçilib və 2015-ci ilin yanvarında bələdiyyənin ilk iclasında bələdiyyə sədri kimi fəaliyyətini davam etdirib.

Artıq fəaliyyəti müddətində  bələdiyyə büdcəsi sıfır həddində olan  Xol Qarabucaq bələdiyyəsini əhatə edən  724 təsərrüfatdan  150  nəfəri vergiyə cəlb etmək mümkün olub. Bələdiyyə üzvlərinin iştirakıyla əhali arasında aparılan maarifləndirmə işləri nəticəsində ilin sonunadək daha yüz nəfəri də cəlb etmək niyyəti vardır.

Sədrin sözlərinə görə, indiyədək hər hansı vergi verməyən və kifayət qədər borcu olan vətəndaşlar barəsində dəfələrlə edilən müraciətlərdən sonra 60  nəfər vergi ödəyicisinə qarşı ciddi ölçü götürülb. Vergi borclarının verilməsi üçün bələdiyyə iclasının qərarıyla təsdiq edilmiş aktların icrası üçün məhkəmə icraçılarına müraciət ünvanlanıb. Bu şəxslərin hər birinin borcu 50-250 manat arasında dəyişir.

Sədrin sözlərinə görə, bütün vergi ödəyicilərini vergiyə cəlb edilmiş olsa bələdiyyə büdcəsinə  30  min manat maliyyə vəsait daxil ola bilər.  Ancaq bu gün pay torpaqlarından yığılan əmlak verginin həcmi  7 min manata çatır. Bu rəqəm əvəllki illərlə müqayisədə dəfələrlə çoxdur.

Q.Qəfərov  açıqlamasında təkliflə də çıxış edib:

“Bələdiyyə iclasında bələdiyyənin maliyyə vəziyyəti müzakirə edilərkən irəli sürdüyüm təklifi üzvlərimiz maraqla qarşıladılar. Təkilif ondan ibarət idi ki, kənddə hansı məhəllə daha çox vergi verərsə orada ciddi şəkildə abadlıq-quruculuq işləri həyata keçirilsin.

Bundan əlavə ötən il kənd qəbrstanlığının ətrafında abadlıq işləri aparılıb.

Bu gün bələdiyyənin inzibati ərazisində 4200 nəfərə yaxın əhali yaşayır. Hazırda bələdiyyənin inzibati  ərzisində 4895 hektar pay torpağı,  1335 hektar bələdiyyə torpağı, o cümlədən  467 örüş torpaqlarıdır.

Perspektiv inkişaf torpaqlarında bu gün  Xol Qarabucaq bələdiyyəsi 54 hektar torpaq sahəsində pambıq əkib.

Cənab Prezident ilham əliyevin qeyi-neft sektorunun inkişafıyla bağlı tapşırıqlarının icrasıyla  bağlı Neftçala rayon icra Hakimiyyətinin dəstəyi ilə bələdiyyə ciddi layihələri icra edir.

inanırq ki,  Prezident tapşırıqlarının icrasıyla bağlı bələdiyyəmizdə öz töhvəsini verəcəkdir.”

Belediyye.info

      

ŞƏRHLƏR