"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qoşqar Məmmədov: “Hər bir vergi ödəyicisi bilməlidir ki...”

--2022-03-24 / 12:25

Gəncə şəhəri Nizami bələdiyyəsi bu günlərdə diqqətiçəkən ideyanı gerçəkləşdirib. Bələdiyyə sədri Qoşqar Məmmədovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə iclasının qərarıyla mütəmadi olaraq bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla keçirilən görüşlərdə vergilərin vaxtında ödənilməməsinin nəticələri barədə bələdiyyənin vergi xidmətinin əməkdaşları tərəfindən sakinlərə qanuna söykənən izahlar verilir. Məhz bu məqsədlə bələdiyyədə qaynar xətt istifadəyə verilib. Üstəlik sakinlərin onlayn şəkildə müraciətinə şərait də yaradılıb.

Bununla yanaşi hərəkətlilik baxımından əhalinin ən sıx yerlərində reklam lövhəsinin hazırlanması qərarlaşdırıldı. ilkin olaraq yeni istifadəyə verilən ticarət mərkəzinin qarşısında (keçmiş kolxoz bazarının yanında olan əttarlar küçəsi) böyük həcmdə və oxunaqlı mətnlə hazırlanmış reklam lövhəsi təqdim edildi.

Sədrin sözlərinə görə, layihə çərçivəsində şəhərin daha bir neçə guşəsində belə diqqətiçəkən reklam löhvəsi hazırlanacaq. Bununla sakinlərimizə vergilərin vaxtında ödənilməsi zəruriəti izah edilir. Hər bir vergi ödəyicisi bilməlidir ki, vergilərin ödənişinin ləngiməsi nəticəsində vergi ödəyicilərinə əlavə peniya (faiz) hesablanır.

Belediyye.info

ŞƏRHLƏR