"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qurumuş ağacların “qurumuşâ€ dərdi

--2023-02-10 / 06:45

Medianın son iki gündə paylaşdığı məlumatlardan biri də güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 30 ədəd ağaca ziyanın dəyməsiylə bağlı olub. əslində isə ağacların böyük əksəriyyətinə ziyan dəyməyib, onlar ətrafa ciddi ziyan vurublar. Yəni ağacların əsas hissəsi qurumuş və kökü çürümüş vəziyyətdə olduğundan və müvafiq orqanların məsuliyyətsizliyi, habelə süründürməçiliyi ucbatından vaxtında götürülmədiyindən kökündən qopmuş, nəticədə sakinlərə və ətrafdakı avtomobillərə ciddi ziyan dəymiş, o cümlədən məhəllədaxili yollarda hərəkət dayanmışdı.

Bu hadisənin biri də mənim yaşadığım ünvanda baş verib. iki aya yaxın davam edən, ətrafa təhlükə yaradan üç ağacın götürülməsi və ya budanmasıyla bağlı sakinlərin müraciətlərinə Dövlət Ekoloji Ekspertiza Agentliyinin şablon və standart cavablarına sadəcə təəssüf edirəm. əvvəlcə bu müddət ərzində apardığım yazışmalara toxunum.

Prosedur qaydalarına riayət edərək özüm qarışıq bir neçə nəfər bina sakinin imzaladığı müraciəti 14 dekabr 2022-ci il tarixdə Nəsimi bələdiyyəsinə təqdim etdim. Onlarda bizim müraciətimizi və ərazidən çəkdiyim şəkilləri özlərinin müşaiyət məktubuyla 16 dekabr tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyinə bizim xahişimizlə poctla deyil, əlbəəl təqdim ediblər. 9 yanvar tarixində, ardıcıl olaraq zənglərimizdən sonra, 11 saylı Bakı regional ekologiya idarəsinin əməkdaşı əraziyə baxış keçirərək sakinlərin iştirakıyla Akt tərtib etdi. 13 yanvar tarixində tərtib edilən cavab məktubu 13 gündən sonra, yəni 26 yanvar tarixində bələdiyyəyə daxil olub. Cavab məktubunun məzmunu sakinləri, o cümlədən məni də qane etmədiyindən 27 yanvar tarixində yenidən bələdiyyəyə müraciət edib, problemin həllni sürətləndirilməsini xahiş etdik. Çünki hər an baş verə biləcək güclü külək təhlükəni artıra bilərdi. Bizim danışıqlarımızdan sonra “sürəti artıran” agentlik əməkdaşları xoşbəxtlikdən bu dəfədə eynməzmunlu şablon və standart, lakin bir qədər lakonik söz və cümlələrlə ifadə edilən cavab məktubunu üç gün ərzində göndərib. Sağ olsunlar. Sözüm ondadır ki, bu məktubu yazanlar özləri yazdıqlarını oxuyublarmı. Belə başa düşmək olar ki, oxumayıblar. Hörmətli sədr Mirsalam Qənbərov da imzaladığı məktubun mətninə yox, sadəcə tarixinə baxsaydı dərhal o səhvi görərdi. Nə isə, keçək məktubların mətninə.

Hər iki məktubda təxminən eyni məzmunda qeyd edilir ki, “hazırda yaşıllıqların əkilməsi üçün əlverişli mövsüm olduğunu nəzərə alaraq, köküstə bir ədəd “Qovaq” ağacının quruma səbəbi dəqiq araşdırıldıqdan, sözügedən ağacların yaxın ətrafında mühitə uyğun cinslərdən yeni ağac tingləri əkilərək bu barədə rəsmi məlumatlar (fotoşəkillrələ birgə) eyni zamanda qanunvericiliyə nəzərdə tutulmuş sənədlər əlavə edilməklə Ekologiya və Təbii sərvətlər Nazirliyinə daxil olan müraciət əsasında yaşıllıqların götürülməsi məsələsinə münasitət bildiriləcəkdir.”

Bununla bağlı bizim danışıqlarımız zamanı verdiyimiz izahatdan sonra ikinci məktubda “qovaq ağacının quruma səbəbinin dəqiq araşdırılmasından” vaz keçiblər. əslində qurumun məhz qovaq ağaclarıyla bağlı özlərinin tövsiyə məktubu olub. Və məktubda bu ağacların ömrünün qısamüddətli olması səbəbindən onun budaaması və ya götürülməsinə agentliyin hər hansı formada rəyinə ehtiyac yox imiş.

Birincisi, əgər əraziyə baxışı 11 saylı Bakı regional ekologiya idarəsinin əməkdaşı həyata keçirəcəksə, müşahidəni bu qurumun əməkdaşı aparacaqdısa, onda Dövlət Ekoloji Ekspertiza Agentliyi nə işlə məşgul olur. Agentlik əməkdaşları daxil olan məlumat və aktların dürüstlüyünü hansı əsasla və meyarlarla müəyyən edirlər. əgər belədirsə, onda rəyi regional idarələr niyə hazırlamır. Məhz bu cür məktublaşma xeyli vaxt itkisi yaratdığını da gəlin unutmayaq. Bu da öz növbəsində vətəndaşları narazı salır. Hesab edin ki, bizim üç ağacla bağlı müzakirələrimiz iki aya yaxındır davam edir. Hələ bir nəticəsi yoxdur. Üstəlik, güclü külək ağacın birini düz sakinlərin avtomobilin üstünə aşırdı. Nəticədə avtomobilə ciddi ziyan dəymiş oldu. Budurmu bizim vətəndaş məmnunluğumuzun təmin edilməsi. əslində əlavə qurumların yaradılmasında məqsəd vətəndaşın məmnunluğunun təmin edilməsidirsə, bu məqam təmin edilmədi. Gözlədiyimiz faciə baş verdi. Belə olan halda bu qurumun saxlanımasına nə ehtiyac var. Ümumiyyətlə bu prosesi sadələşdirmək, məktublaşmanı onlayn qaydada etmək olmazmı? Bunun üçün Agentliyə nə mane olur? Nə isə, keçək ikinci məqama.

ikincisi, Dövlət Ekoloji Ekspertiza Agentliyi ağacın budanması və ya götürülməsi üçün hansı əsasla şərt qoyur, nəyə əsaslanır. Yəni əvvəlcə ağacı əkməlisən, fotoşəkillərini bizə göndərməlisən, yalnız sonra daxil olan müraciət əsasında yaşıllıqların götürülməsi məsələsinə münasibət bildiriləcəkdir. Yəni ağacı əksən də, fotoşəkilləri göndərsən də, yenə bilirmir ki bu təhlükə aradan qalxacaq ya yox. Həqiqətən çox maraqlı məqamdır. Bəs ağacı kim əkməlidir və harada əkməlidir. Bəlkə agentlik bununla bağlı da bir tövsiyə məktubu göndərəydi.

Tutalım bizim binanın bünövrəsində ayland (ətrafı zəhərləyən bu agaca biz tərəflərdə nədənsə “ruset” ağacı deyirlər) kök atıb. Və bu ağac götürülməsə, böyüdükcə dördmərtəbəli binanın bünovrəsinə ciddi problem yarada bilər. Yəni ağac konkret götürülməlidir. Bəs yeni ağac harada əkilməlidir. ətrafda hər tərəfə asfalt döşənib. Bunu agentlikdə məktub hazırlayanlar və imzalayanlar heç düşünüblərmi. Göründüyü kimi, yenə məktublaşma, yenə vaxt itkisi.

Agentlik isə belə məqamda diqqətimizi çox güman ki, hansısa normativ-hüquqi sənədlərə yönəltməklə özünə haqq qazandırmağa çalışacaq. Nə isə...

Yekun olaraq deməliyəm ki, qurumuş ağacların vaxtında götürülməməsi səbəbindən sakinlərə dəymiş ziyanda agentliyin də öz günah payı var.

Cənab Prezidentin daim səsləndirdiyi “məmur xalqın xidmətçisidir, vətəndaş məmnunluğunu təmin etmək onların hər zaman borcudur” fikini yəqinki agentlikdə çalışanların hər biri, o cümlədən hörmətli sədr Mirsalam Qənbərovda eşitməmiş deyil. əgər ölkə başçısının bu tövsiyəsini eşitmişiksə, onda nədən və hansı səbəbdən xalqın xidmətçisi ola bilmirik. əksinə sakini, vətəndaşı narazı salırıq, üstəlik faciənin yaranmasına bir növ şərait yaratmış oluruq. Bəlkə səhvlərimizi, nöqsanlarımızı, məsuliyyətsiz addımlarımızı, hansısa maraq naminə etdiyimiz hərəkətlərə son qoyub, yeniliklərə imza atmaqla vətəndaşı razı salan məqamlara başlayaq.

Nə qədər ki, gec deyil düşünməyə dəyər...

https://www.youtube.com/watch?v=GX6g94Sg9Dw&t=1s

Vüqar Tofiqli

ŞƏRHLƏR