"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

R.əliyev: “Həyətyanı torpaq sahələrinin ayrılmasında vətəndaşlar çox böyük çətinliklərlə üzləşirlər” EKPRESS SORGU

--2017-04-20 / 19:20

Belediyye.infonun suallarını ismayıllı rayon Lahic bələdiyyəsinin sədri, respublikanın əməkdar müəllimi Rövşən əliyev cavablandırıb:

-Sakinlər tərəfindən bələdiyyə vergilərinin vaxtında - problemsiz ödənişi üçün rəhbərlik etdiyiniz bələdiyyə tərəfindən hansı addımlar atılır?

- Birinci növbədə marifləndirmə işinə yer vermişəm. Bunun üçün bələdiyyə üzvlərinin köməyindən və ictimai xarakterli tədbirlərdən istifadə edirəm. Məsələn, bütün təşkilatlarda aparılan tədbirlərdə iştirak edirəm və verginin nə qədər əhəmiyyətli olduğu haqqında təbliğat aparıram. Qeyd etmək lazımdır ki, vətəndaş əgər verdiyi vergiyə uyğun yaşadığı bələdiyyə ərazisində abadlıq işinin şahidi olursa,  o vergilərin verilməsindən imtina etməyəcək. Bələdiyyə vergi qanunları haqqında məlumatlı olmalıdır.

- 2017-ci ildə bələdiyyənizdən hansı istiqamətdə irəliləyişlər gözləyirsiniz?

- Mən  qəsəbədə fəaliyyətimizlə bələdiyyəyə inam yaratmışam. inanıram ki, 2017-ci ildə insanlar bələdiyyə ətrafında daha sıx birləşəcəkdir. Eyni zamanda bələdiyyə ərazisində yaşayan vətəndaşlar bələdiyyənin həyata keçirəcəyi layihələrdə cox fəal iştirak edəcəklər.

 - Bələdiyyə büdcəsinə onlayn və ya stasionar ödəniş terminallarından daxil olan ödənişin səviyyəsi hansı vəziyyətdədir?

- Qeyd etmək lazımdır ki, insanlar ödənişlərin edilməsində poçt ödəniş terminallarından daha çox istifadə edirlər.

 - Bələdiyyənin maliyyə vəziyyətinin yaxşılşadırılması üçün fikrinizcə hansı addımların atılmasına ehtiyac var?

- Mən hesab edirəm ki, bələdiyyə bazarları və bələdiyyə ticarəti yaradılmalıdır. Bu bazarlar insanların istehsal etdikləri məhsulların sərbəst satışını və bələdiyyə tərəfindən təşklif olunan məhsullar digər bazarlardan qiymətcə ucuz olmalıdır. Dövlət səviyyəsində bələdiyyə bazarlarında məhsullarını satan adamlara vergi güzəştləri tətbiq edilməlidir. Ümumilikdə Avropa təcrübəsindən istifadə etmək çox yaxşı nəticələr vermiş olar. Eyni zamanda bütün yerlərdə həyata keçirilən layihələr bələdiyyələrə verilməlidir. Bələdiyyə turizminin təşkili maliyyə vəziyyətinin yaxşılaşmasına kömək edər.

  - Bu gün bələdiyyə qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini təklif edərdiniz?

- Bələdiyyəyə müraciət edən vətəndaşlara həyətyanı torpaq sahələrinin ayrılması və onlara torpaq sənədlərinin verilməsi bələdiyyələr tərəfindən həyata keçirilməlidir. Həyətyanı torpaq sahələrinin ayrılmasında  vətəndaşlar çox böyük çətinliklərlə üzləşirlər. Bunun nəticəsidir ki, regionlardan gənc ailələr şəhərlərə üstünlük verirlər. Bunun üçün bələdiyyə ərazilərinin elektron xəritələri tərtib olunmalıdır. Torpaqların kateqoriyaları aydın verilməlidir və s.

Eyni zamanda gənc ailələrin evlə təmin edilməsi və onun tikintisinin həyata keçirilməsi üçün uyğun təşkilatlar və bələdiyyə arasında müqavilələr bağlanmaqla həyata keçirilə bilər. Bu bir çox gənc ailələrin möhkəmlənməsinə və regionlarda yaşayış səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Belediyye.info

ŞƏRHLƏR