“2016-ci ilin fevralında Milli Məclsin Regional Məsələlər Komitəsinin qərarıyla yaradılan işçi qrupu çox məhsuldar iş ortaya qoyub”- bu fikriləri Milli Məclsin üzvü Rüstəm Xəlilov komitənin iclasında bildirib. Onun sözlərinə görə, qrupda aparılan işlər nəticəsində beş qanun layihəsi hazırlanıb. Bu gün faktiki olaraq hazırlanan qanun layihəsinin ikisi komitə üzvlərin müzakirəsinə çıxarılıb. Digər üç qanun layihəsinin isə müvafiq qurumlarla razılaşdırma prosesi gedir.
Hazırlanan qanun layihəsinin biri “Bələdiyyələrin statusu haqqında” qanunla bağlıdır. Belə ki, 30-cu maddənin ikinci hissəsində “Bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişləriylə bağlı borcları barədə, onların müraciəti əsasında, beş iş günündən gec olmayaraq arayış verməlidirlər. Təklif olunan variantda beş iş günü bir iş günü ilə əvəzlənib.
R.Xəlilovun fikrincə, bu dəyişiklik bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşmasına, həm də vətəndaşların bələdiyyələrə olan borclarının ləngimədən ödənməsinə təkan verəcəkdir.
Belediyye.info