“Bu gün Suraxanı rayonu əmircan bələdiyyəsi qəsəbədaxilil problemlərin həllinə yönələn layihələrin üzərində işləmək fikrindədir. Büdcəmiz imkan versə daha iri həcmili layihələrə imza atacağıq”- bu fikirləri Belediyye.infoya açıqlamasında əmircan bələdiyyəsinin sədri Rəfail Cəfərov bildirib.
Sədrin sözlərinə görə, bu gün verginin toplanılması ilə bağlı vəziyyət qənaətbəxş deyil:
“Sakinlərə izah edirik ki, vergini ödəmək lazımdır. Amma əhali vergini könüllü şəkildə ödəmək niyyətində deyil. Bütün çətinliklərə baxmayaraq hesab edirəm ki, əhali arasında maarifləndirməyə böyük ehtiyac var.”
R.Cəfərov qeyd edib ki, əmircan ərazisində həddən artıq sənədsiz evlər mövcuddur: “Təxminən 10 mindən yuxarı sənədsiz ev var.
Qəsəbədaxili layihələrə toxunan sədr bildirib ki, qəsəbənin V. Balandin kücəsində 500 metr suvarma sistemi quraşdırılıb. ərazidə iməcilik təşkil edilməklə abadlıq işləri də həyata keçirilib.
Bununla yanaşı qəsəbənin Ilham şükürov küçəsində abadlıq işləri, o cümlədən şəhid Elxan Rüstəmov adına salınmış bulaq konpleksi təmir edilərək ətrafı ciddi şəkildə abadlaşdırılıb.
Sonuncu layihələr sırasında isə Atamoğlan Rzayev küçəsində gõrülən abadlıq işlərini və həmin küçədə 100 metr su xəttinin bərpasını misal çəkmək olar.
Sədr daha sonra bildirib ki, maliyyə vəziyyətimiz imkan verdiyi halda ilin sonunadək daha bir neçə layihəyə də imza atacağıq.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|