“Azərbaycanda torpaqların idarəedilməsində əsas məsuliyyət əmlak Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətinə aiddir. Bununla bağlı başlıca hüquqi məqamlar cari ili may ayının 4-də prezident təsdiqindən sonra qüvvəyə minən komitənin əsasnaməsində xüsusi olaraq qeyd olunur. Komitə əməkdaşlarının bu istiqamətdə apardığı araşdırmalardan belə qənaətə gələ bilərik ki, ölkə torpaqlarının idarəedilməsində ciddi problemlər mövcud olub.”- bu fikirləri əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov Bakıda “əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda işgüzar Forumda səsləndirib.
Bu gün vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsində və idarəçiliyində innovativ üsulların və yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür. Artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə başlanılıb. Komitə rəsmisinin sözlərinə görə, bütün torpaqların məlumat elektron bazası yaradılması həyata keçirilir. Bu proses bir neçə il çəkə bilər. Prosesin icrasına dünyann ən tanınmış şirkətləri cəlb edilib.
Məlumat elektron bazasına torpaqların kateqoriyalarından asılı olaraq bütün kəmiyyət göstəriciləri daxil ediləcəkdir. Artıq Sumaqıyt və Bakı şəhərlərinin mükəmməl kadastr xəritəsinin hazırlanması başa çatmaq üzrədir. ilin sonunadək prosesin başa çatacağı gözlənilir. Bundan sonra Gəncə və şəki şəhərlərinin kadastr xəritələri hazırlanacaqdır. Sözsüz ki, torpaqların idarəedilməsində bələdiyyələrin üzərinə məsuliyyət yükü düşür. Onların xəritələrinin hazırlanma prosesi gedir. Təəssüf ki, bu günədək bələdiyyələrin xəritələrinin az bir hissəsi hazırlanıb.
Belediyye.info