"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ramiz Nəsibov: “Bələdiyyə işini elə səviyyədə qurmalıdır ki..."

--2016-07-18 / 15:54

“Sabunçu rayon Bakıxanov bələdiyyəsi bütün fəaliyyətini  seçicilərin problemlərinin həllinə, asudə  vaxtının səmərəli təşkilinə, habelə qəsəbədə abadlıq işlərinin həyata keçirilməsi  istiqamətində qurub” - bu sözləri  Belediyye.infonun əməkdaşıyla söhbətində Bakıxanov Bələdiyyəsinin sədri Ramiz Nəsibov  deyib.

Sədrin sözlərinə görə, altı ay ərzində bələdiyyə qəsəbədə həyata keçirilən abadlıq işlərinə 82 min manat vəsait ayırıb.

Hər bir bələdiyyə üzvünün yaxından iştirak etdiyi iclasda qəsəbədə aparılan işlərə maliyyə vəsaitinin ayrılmasına  razılıq verilib. 

Ramiz Nəsibov bələdiyyənin abadlıq işləriylə bağlı  fəaliyyətlərinin bəzi  detallarını Belediyye.infoya  açıqladı:

•        Bakıxanov qəsəbəsi N.ismayilov və ş.Kamilov küçələrinin kəsişdiyi və qəbiristanlıga gedən yola  asfalt beton örtüyünün  vurulmasına  - 24 min manat

•        Bakıxanov qəsəbəsi ə.Ağayev küçəsində yola asfalt beton örtüyünün  vurulmasına 3500 manat

•        Bakıxanov qəsəbəsi Yavər əliyev kücəsində yeni salınan parkda  görülən işlərə 40 min manat

•        Aşıq Pəri kücəsindən Bül-Bülə gölünün Bakıxanov qəsəbəsinə aid sahəsinə yolun acilması-6000 manat

•        X.Xasməmmədov küçəsində həyata keçirilən  işlərə -8000 manat

 Bakıxanov bələdiyyəsi son bir  ildə  qəsəbənin abadlıq işlərinə xərclədiyi vəsaiti maliyyəsizlik ucbatından  son illər xərcləməmişdir.

Artıq bələdiyyə vergi xidmətinin  düzgün təşkilinin nəticəsidir ki, yerli büdcə daxilolmalarının həcmi artıb. Həm bələdiyyə qulluqçularının əməkhaqqını artıra bilmişik, həm də qəsəbədə abadlıq işlərinin səviyyəsini  genişləndirmişik.

Ancaq bütün bunlarla yanaşı bələdiyyə sosial layihələrin icrasını da davam etdirir.  “20 Yanvar” Ümumxalq Hüzn Günü, “8Mart” Beynəlxaq Qadınlar günü, “Novruz” bayramı münasibəti ilə və qəsəbənin aztəminatlı, şəhid ailələrinə birdəfəlik maddi yardımlar  göstərilir. Bu qrupa aid insanlar artıq siyahılaşdırılıb. Cari ilin ilk altı ayı ərzində 5000 manata yaxın bu istiqamətdə maliyyə vəsaiti xərclənib.

Sədrin fikrincə, bələdiyyə işini əsasən məhəllə komitələri və  bələdiyyə üzvləri vasitəsiylə elə qurmalıdır ki, yaranan  problem anındaca öz həlini tapsın.

Məhz bu sistemin nəticəsidir ki, qəbula gələn vətəndaşların sayı  ötən illərlə müqayisədə azalmağa doğru gedir. Bələdiyyəyə qəbulə gələnlərin sayı 60 nəfərə yaxın olub. Bələdiyyə üzvlərinin və məhələ komitələrinin yaxından iştirakıyla vətəndaşların səyyar qəbullarının təşkli nəticəsində birbaşa bələdiyyə müraciət edənlərin sayı   azalıb.

Bələdiyyəmiz bundan sonra da sosial layihələrə geniş yer verməklə yanaşı ahıl, tənha və qəsəbənin yaşlı sakinlərinin asudə vaxtının səmərəli təşkili üçün Yavər əliyev adına olan parkda Sabunçu Rayon icra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə ciddi işlər həyata keçirir.

Sonda sədr maraqlı bir açıqlama ilə də çıxış etdi:

-        Sakinlərə üzümü tutaraq xahişm odur ki, qəsəbəmizin gözəlliyinə xələl  gətirə biləcək hər hansı  bir addım atmasınlar. əkilən hər bir ağaca, gül kollarına qayğı ilə yanaşsınlar.

Biz də bir bələdiyyə olaraq sakinlərinimizin bizə ödədiyi vergilərdən əldə etdiyimiz maliyyə vəsaitini məhz qəsəbəmizin inkişafına yönəltməyi unutmayacağıq.

Belediyye.info

ŞƏRHLƏR