sorğu
“Sabunçu rayon A.A.Bakıxanov bələdiyyəsinə büdcə daxil olmalarının 85 fazi stasionar ödəniş terminallarından daxil olub”- bu fikri Belediyye.infoya Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov deyib. Sədrin sözlərinə görə, cari ildə büdcə gəlirlərimizi 2016- cı illə müqayisədə 37 faiz artırmışıq:
“2015- ci ildən” E-manat” və digər ödəniş sisteminə qoşulmağımız hesabına bələdiyyədə tam şəkildə şəffaflıq prinsipləri qorunur.
Məqsədimiz bələdiyyənin büdcə gəlirlərini iki dəfə artırmaqla bir milyon səviyyəsinə çatdırmaqdır.
Bunun üçün bələdiyyə müəssisəsi fəaliyyətdədir. Cari ildə ölkəmizdə bələdiyyələr arasında ilk olaraq üç ay ərzində 3200 manat bələdiyyə müəsisəsindən mənfəət vergisi daxil olub.”
Belediyye.info