“Bu gün Cəlillabad rayonu Muğan bələdiyyəsi üç kəndi özündə birləşdirir. Muğan, Maşlıq və Söyüdlü kəndlərində minə yaxın təsərrüfat vardır. Lakin onlardan yerli vergilərin yığımında ciddi çətinliklərlə üzləşirik.
Bildiyimiz kimi, nağdsız yığım 2015-ci ildən ləğv edilib. Vətəndaşlar poçt və bank vasitəsiylə vergiləri ödəməlidirlər. Amma təəsüf ki, üç kəndi əhatə edən Muğan bələdiyyəsinin ərazisində hər hansı poşt bölməsi belə yoxdur. Belə olan halda vətəndaş vergisini necə ödəsin? “ –bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rasif Həsənov bildirib.
illik büdcəmiz 10 min manat ətrafındadır. Lakin 2009 -cu il birləşdirməsindən sonra digər iki bələdiyyənin DSMF-yə olan borcu Muğan bələdiyyəsinin öhdəsinə düşdüyündən hazırda 10 min manatdan artıq DSMF-yə borcumuz vardır.
Poçt xidmətinin yaradılmasıyla bağlı müvafiq orqanlara müraciət etimişik. Yəqin ki, bu məsələ öz həllini tezliklə tapa bilər. Bununla həm sakinlərin, həmdə bələdiyyənin problemi öz həllini tapacaqdır.
Belediyye.info