“əlbəttə ki, peşə bayramı təklifi bələdiyyələrin, bələdiyyə qulluqçularının fəaliyyətinə müsbət təsir edən təklifdir.
Qeyd etməliyəm ki, hazırda dövlət orqanlarının müxtəlif sahələrinə aid 44 peşə bayramı və xüsusi günləri qeyd edilir. Hər bir peşə bayramı haqqında sərəncam dövlət başçısı tərəfindən verilibdir. Çünki dövlət vahid idarəetmə sisteminə sahibdir və onun başında Prezident dayanır. Peşə bayramı günləri üçün büdcədən vəsait ayrılır və o gün xüsusi olaraq qeyd edilir.
Bələdiyyə idarəetmə sistemi isə ölkəmizdəki 1600-dən çox bələdiyyədə tətbiqi olaraq fərqlilik göstərir və hər bir bələdiyyə özünəməxsusdur”- bu fikirləri Belediyye.infoya Ankara Unuversitetinin məzunu, Xaçmaz bələdiyyəsi Vergi xidmətinin sabiq rəisi Rövşən Qasımov bildirib.
Onun sözlərinə görə, peşə bayramıyla əlaqədar ilk olaraq qərarverici orqan müəyyən edilməlidir. Hər bir qərar üçün isə maliyyə vəsaiti tələb olunur.
Fikimicə, belə bir qərarı ya Milli Məclis, ya da cənab Prezident Avropa Xartiyasına söykənərək bələdiyyə fəaliyyətinin inkişafına dəstək məqsədilə öz səlahiyyətindən istifadə edərək verə bilər.
istənilən halda qərarın verlməsi bələdiyyə sisteminin inkişafına dəstək verəcəkdir.
Belediyye.info