Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Rüstəm Xəlilov Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının hesabat yığıncağında maraqlı açıqlama ilə çıxış edib.
Millət vəkili qeyd edib ki, “bu gün elə bələdiyyələrimiz var ki, bələdiyyə müəssisəsi yaradır, büdcəsini formalaşdırır, üstəlik onu reklam edir. Bu gözəl addımdır.
Bu gün o təşkilatın nüfuzu olur ki, onun samballı büdcəsi var."
R.Xəlilov daha sonra qeyd edib ki, ancaq bu gün bələdiyyələrin heç də hamısında bu imkan yoxdur. Bələdiyyələrin bir qismi bu gün dotasiyanın veriləcəyi günü gözləyir. əlavə addım atmaq, maliyyə vəsaiti yığımaq barədə düşünmürlər. Ölkə başçısı digər sahələr kimi bələdiyyələrə də öz qayğı və diqqətini əsirgəmir. Ancaq bələdiyyə təmsilçiləri də bu etimadı doğrultmalıdırlar.
Bu gün bu sahədə də bəzi çətinliklər var. Ancaq bu çətinliyi aradan qaldırmaq üçün məhz bələdiyyələr özləri problemi qaldırmalı və həllinə nail olmaldırlar. Bələdiyyə sədrləri özləri bu sistemin inkişafına çalışmalı və ictimaiyyət nümayəndələri də buna dəstək verməlidirlər.
Daim seçicilər arasında olmalı, keçirilən görüşlər barəsində, əldə edilən nailiyyətlər barəsində seçicilərə məlumat verilməli, hesabat təqdim edilməlidir.
Nəzərə almaq lazımdır ki, növbəti ildə bələdiyyə seçkiləri gəlir və seçicilərin etimadını qazanmaq üşün addımlar atılımalıdır.
Belediyye.info