"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rüstəm Xəlilov: “əgər qısa zaman kəsiyində bələdiyyələr seçiciləri qarşısında nüfuz qazanmaq istəyirlərsə deyərdim ki, gecikiblər”

--2019-09-26 / 06:24

“Bələdiyyələrə ayrılan subvensiyanın həcmi həqiqətən azdır. Ancaq bu işdə bələdiyyələrin özlərinin də fəallığı olmalıdır, layihələr hazırlamalı, müəyyən məsələlərin həlli üçün davamlı bir gəlir sahəsi yaratmalıdırlar. Bugün dörd bələdiyyəyə ayrılan bir milyon manat subvensiya azdır. Ayrılan subvensiya isə konkert olaraq gəlir gətirən sahələrə ayrılmalı və xərclənməlidi”- bu fikirləri Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında komitə üzvü Rüstəm Xəlilov deyib.

Millət vəkilinin sözlərinə görə, qarşıdan seçki gəlir. Cari ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. iki aya yaxın vaxt qalır. əgər qısa zaman kəsiyində bələdiyyələr seçiciləri qarşısında nüfuz qazanmaq istəyirlərsə deyərdim ki, gecikiblər. Bələdiyyələr seçildiyi gündən seçicisinin qarşısında fəaliyyətiylə etibarını qazanmalıdır.

Belediyye.info

ŞƏRHLƏR