Belediyye.infonun suallarını Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov cavablandırır.
- Bələdiyyənizin ötən ilki fəaliyyəti Sizi qane etdimi?
- Bütovlükdə fəaliyyətimiz bizi qismən qane etdi.
- 2017-ci ildə bələdiyyənizdən hansı irəliləyişləri gözləyirsiniz?
-ilk növbədə BAMS proqramından daha məsuliyyətli və səmərəli istifadə etməyi, o cümlədən vergi yığımını artırmağı gözləyirik. Habelə sosial istiqamətdə sakinlərimiz üçün daha əlverişli layıhələri həyata keçirmək niyyətindəyik.
- Bu gün bələdiyyə qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini təklif edərdiniz?
-Bələdiyyə vergilərini ödəməyən və ödəmək fikirləri belə olmayan, bu vergiləri tanımaq belə istəməyən vergi ödəyicilərini vergiyə cəlb etmək üçün Qanunvericilikdə bələdiyyələrə müəyyən səlahiyyətlərin verilməsini istərdik. Daha sonra “Reklam haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilərək, bələdiyyələrində üzərinə məsuliyyətin qoyulmasını və torpağın birbaşa icarəyə verilməsi nəticə etibariylə bələdiyyənin fəaliyyətinə ciddi təsir etmiş olacaqdır.
- Bələdiyyənin maliyyə vəziyyətinin düzəlməsi üçün fikrinizcə hansı addımların atılmasına ehtiyac vardır?
-Bərdə bələdiyyəsinin maliyyə vəziyyətinin yaxşılaşmasında Bərdə rayon icra Hakimiyyətinin dəstəyi həmişə bizə böyük köməkdir. Bununla yanaşı bələdiyyə rəsmiləri və qulluqçuları da bələdiyyə haqqında qanunlardan düzgün və səmərəli istifadə edilməsinə ciddi yanaşmalıdırlar.
- Bu gün bələdiyyələrin işinə digər strukturlar tərəfindən daha cox müdaxilələr olur?
-Bərdə bələdiyyəsi olaraq bizə başqa strukturlar tərəfindən müdaxilələr olmur.
-Rayon əlaqələndirmə şurasının sədri olaraq rayon bələdiyyələrinin fəaliyyəti barədə ümumi olaraq nə deyə bilərdiniz?
-2015 və 2016-cı illər ərəfəsində rayon bələdiyyələri, həm vergi yığımında və həm də sosial-infrastruktur layihələrdə fəal iştirak ediblər.
- Bu gün bələdiyyələrlə bağlı Məhkəmə qərarlarının icrasında problemlər mövcuddur. Bu problemin həllini necə görürsünüz?
-Fikrimcə, bələdiyyələrlə bağlı məhkəmə qərarlarını icra edən icra bölməsi Məhkəmə qərarlarını birmənalı icra etməlidir.
Belediye.info