"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

S.Xəlilov: “Peşə bayramı” gününün təsis edilməsi təklifi vaxtıylə Bərdə bələdiyyəsi tərəfndən də irəli sürülmüşdü”

--2016-08-04 / 11:13

 “Bələdiyyə  qulluqçularının fəaliyyətlərini qiymətləndirmək, onlar üçün xüsusi bir günün “peşə bayramı” kimi qeyd edilməsi təklifini 2001-ci ildə bələdiyyə sistemi yeni fəaliyyətə başlayan  zamanda Bərdə bələdiyyəsinin o zamanki rəhbərliyi tərəfindən də irəli sürülmüşdü”- bu sözləri Bərdə Bələdiyyəsinin  sədri Sadiq Xəlilov “Bələdiyyələrin fəaliyyətinin təbliği”  ictimai Birliyinin  “Bələdiyyə  qulluqçularının  peşə  bayramı”  ilə  əlaqədar ictimailəşdirdiyi məsələyə münasibət  bildirirərkən deyib.

Sadiq Xəlilov  hazırda ölkə  bələdiyyələrinin yerli özünüidarəetmə orqanı olaraq öz hüquqlarını yerinə yetirən və öhdəsinə götürdüyü hər bir problemi layiqincə həll edən bir qurum olduğunu bildirib.

Bərdə şəhər və kənd əraziləri üzrə 66 bələdiyyənin fəaliyyət göstərdiyini və ümumilikdə 584 bələdiyyə üzvnün, 231 bələdiyyə qulluqçularının işlədiyini bildirən Sadiq Xəlilov “peşə bayramı”  günün təsis olunmasının sistemdə çalışanların ruh yüksəkliyinə səbəb olacağını bildirib.

Sadiq Xəlilov daha sonra bildirib:

“Umummilli lider Heydər əliyevin təşəbbüsü sayəsində formalaşan bələdiyyə sisteminin  fəaliyyəti bu gün cənab Prezident ilham əliyevin daim diqqətin mərkəzindədir. Məhz cənab prezidentin son illər bələdiyyə sahəsində qəbul etdiyi qərarlar nəticəsində bələdiyyə sistemində şəffaflıq prinsiplərinin qorunması, habelə bələdiyyələrdə nəğdsiz ödənşlərin tətbiqi nəticəsində bələdiyyə sistemində neqativ halların qarşısı alınıb. Bu addımlar  bələdiyyələrin cəmiyyətdə nüfuzunda da müsbət edib.

Odur ki, belə bir məqamda peşə bayramı günün təsis edilməsi bələdiyyələrin fəaliyyətinə əlavə stimul verəcəyinə əminəm”

Belediyye.info

  

ŞƏRHLƏR