"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şAÄžAN BəLəDiYYəSiNiN 2018-Ci iLIN 9 AYLIQ FəALiYYəTi BARəDə H ES AB A T I

--2018-10-12 / 09:49

B ə l ə d i y y ə  ü z v l ə r i n i n   i c l a s l a r ı

Bələdiyyə üzvlərinin 2018-ci ilin 9 ayı ərzində 10 iclası keçirilmişdir. Bu iclaslarda ümumilikdə, 13 müxtəlif məsələ müzakirə edilmiş, hər biri haqqında müvafiq qərar qəbul edilmişdir. iclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin müzakirəsində yaxından iştirak etmişlər. iclasın protokolları qanuna müvafiq olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.                

         B ə l ə d i y y ə t ə r ə f i n d ə n a p a r ı l m ı ş a b a d l ı q v ə

t ə m i z l i k i ş l ə r i :

Qəsəbə ərazisində uzun illər ərzində təmizlənməyən, yığılıb qalmış böyük zibilliklər tamamilə təmizlənmişdir. Mütəmadi olaraq həftədə 3 dəfə məişət tullantılarının daşınması təşkil edilmişdir. Hal-hazırda, Bələdiyyə, Qəsəbə Nümayəndəliyi ilə birlikdə məişət tullantılarının daşınıb-zərərsizləşdirilməsi üçün qəsəbəyə xüsusi maşın cəlb edərək, yaşayış evlərinin sakinləri ilə fərdi müqavilənin bağlanması, ərazidə daşınan zibil qutularının yerləşdirilməsi və mütəmadi olaraq qəsəbə ərazisindən məişət tullantılarının daşınıb-təmizlənməsi işini təşkil etməkdədir. Qəsəbə ərazisinin məişət tullantılarından təmizlənməsi işinin təşkil edilməsi məqsədilə, qəsəbə ərazisinin təmizliyinə müntəzəm nəzarət olunur.

Xüsusi qayğıya və maddi köməyə ehtiyacı olan vətəndaşlara göstərilmiş maddi yardımlar.

         Qəsəbədə yaşayan “20 yanvar – şəhid ailəsi” olan E.ə.Dadaşova maddi və ərzaq yardımı edilmişdir.

            “Azersun Holding” şirkətinə edilən müraciət əsasında “ilaxır çərşənbəsi, Novruz və Müqəddəs Ramazan və Qurban” bayramları münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı, kimsəsiz , tənha, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ərzaq yardımı paylanılmışdır.

B ə l ə d i y y ə t ə rə f i n d ə n t ə ş k i l e d i l m i ş m ə d ə n i - k ü t l ə v i   t ə d b i r lə r

     Hesabat dövründə Bələdiyyə aşağıdakı mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmaqla bu tədbirlərdə həm də, yaxından iştirak etmişdir:

-         Novruz bayramı münasibəti ilə Xəzər RiH tərəfindən təşkil edilmiş el şənliyinin keçirilməsində bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdir;

-         Qəsəbədə Qala divarları yanında Novruz şənliyi təşkil edilmişdir;

ə h a l i i l ə k e ç i r i l m i ş g ö r ü ş l ə r

Bələdiyyədə, iş günlərində gün ərzində, şənbə və bazar günləri növbətçilik sistemi tətbiq edilərək, bələdiyyə üzvlərinin iştirakı ilə vətəndaşların daimi qəbulu təşkil edilmişdir.

Bələdiyyə üzvləri və qulluqçularının iştirak etdikləri iclas, seminar və müşavirələr

Müntəzəm olaraq Xəzər RiH tərəfindən təşkil olunmuş iclas və tədbirlərdə bələdiyyə üzvləri və qulluqçularının iştirakı təmin olunmuşdur.

Bələdiyyələrlə iş Mərkəzindən daxil olan bütün tövsiyyələr və qeyd olunan bütün seminar, konfrans, iclasların yekun nəticəsi ayrı-ayrılıqda bələdiyyə üzvlərinin ümumi iclaslarında müzakirə olunmuş, verilən təklif və tövsiyyələrin bələdiyyənin gələcək fəaliyyətində nəzərə alınması barədə konkret addımların atılması üçün müvafiq qərar qəbul edilmişdir.

         M A L i Y Y ə   H E S A B A T I

Hesabat dövründə şağan Bələdiyyəsinin büdcə gəlirləri 14290,0 manat olmuşdur ki, ondan 3989,0 manat torpaq vergisi, 7753,0 manat əmlak vergisi, 398,0 manat torpaqların icarəyə verilməsindən icarə haqları və 2150,0 manat dövlət büdcəsindən maliyyələşmə(dotasiya) üzrə təşkil etmişdir.

Büdcə xərcləri- 14288,0 manat olmuşdur ki, ondan; 7317,0 manat plastik kart hesabına köçürülmüş hissəvi əmək haqqı xərclərinə, 3230,0 manat bələdiyyə qulluqçularına olan keçmiş əmək haqqı borclarına, 155,0 manat ilk 14 günə düşən xəstəlik vərəqəsi ödənişinə, 142,0 manat bələdiyyə qulluqçusu G.A.şükürovaya birdəfəlik maddi yardım, 2400,0 manatı DSMF-na olan borcun hissəvi ödənişinə, 867,0 manatı Vergilər Departamentinə olan borcun hissəvi ödənilməsinə, 177,0 manatı isə digər (bank xidmətləri üzrə) xərclərə sərf edilmişdir.

  Qəsəbədə perspektivdə duran aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:

  1. Qəsəbədə tam olaraq su və kanalizasiya sisteminin qurulmasının təşkilinə nail olmaq;
  2. Qəsəbə ərazisinin məişət tullantılarından “Təmiz şəhər ASC” tərəfindən təmizlənməsinin təşkil edilməsi;
  3. Yeni uşaq bağçasının tikintisi üçün müvafiq tədbirlərin görülməsi.
  4. XIX əsrin sonlarına aid olan “Hacı Atababa hamamı”nın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir və bərpası işlərinin təşkili və burada Tarix muzeyinin yaradılması.

Afiyəddin Məmmədov

Xəzər rayonu şağan bələdiyyəsinin sədri                     

            

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR