Azərbaycanda sadələşdirilmiş vergidə dəyişikliklər olacaq. Fins.az-ın məumatına görə, bu Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur. Dəyişikliklər prezident ilham əliyevtərəfindən dekabrın 7-də təsdiqlənib və gələn ildən qüvvəyə minir. Dəyişikliklərə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq istəyənlərin sırası genişləndirilib. indiyədək aylıq dövriyyəsi 120 min manatı keçməyənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərdilərsə, gələn ildən bu məbləğ 200 min manata qaldırılıb. Bəzi sahələr üçün isə sadələşdirilmiş verginin dərəcələri artırılıb. Belə ki, ticarət fəaliyyəti üzrə sadələşdirilmiş vergi dərəcəsi 4%-dən 6 faizə, ictimai iaşə fəaliyyəti üzrə isə 8%-ə qaldırılıb.
http://fins.az/budce/892448/Sadelesdirilmis_vergi_deyisir___FAIZLAR_YUKSALDI.html