"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sadiq Xəlilov: “Bərdə bələdiyyəsi reklamlardan 30 min manat yığıb”

--2016-07-26 / 22:06

Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilovun Belediyye.infoya açıqlamasında bələdiyyənin 2016-ci ilin birinci yarımilliyində görülmüş işlər barədə məlumat verib.

Bələdiyyə sədri  büdcənin birinci yarımilliyinə olan gəlirlərinin 80.686 manat təşkil etdiyini bildirib.

Sədr bələdiyyə  büdcəsinin gəlirlərinin aşağıdakı mənbələrdən formalaşdığını bildirib:

  • fiziki şəxslərdən əmlak vergisindən 19.740.25 manat,
  • fiziki şəxslərdən torpaq vergisindən 14.752.7 manat,
  • bələdiyyə torpaq satışından 4.840 manat,
  • mədən vergisindən 1.763 manat
  • küçə reklamlarının vergisindən və yerləşdirilməsindən 30.142 manat,
  • dayanacaq vergisi 239 manat,
  • ASC “Standart insurance” Sığorta şirkətindən 709.25 manat.

Sədr dövlət büdcəsindən Bərdə bələdiyyəsinə 8500 manat dotasiya ayrıldığını diqqətə çatdırıb.

Bələdiyyənin xərclərindən məlumat verən sədr bildirib ki, car ilin birinci yarımilliyində  bələdiyyə büdcəsindən 80.611 manat vəsait xərclənib.

əmək haqqına 12.894 manat, xidmət haqqı kimi 22.068 manat, abadlaşdırma işlərinə 22.212 manat xərclənib. Bərdə bələdiyyəsi tərəfindən maddi yardımlara 820 manat xərclənib.

şəhərin abadlaşdırma işlərinə 22.212 manat xərcləndiyini xüsusilə diqqətə  çatdıran bələdiyyə sədri, həmin vəsaitin şəhərin küçələrinin gecə  işıqlandırılma dirəklərində təmir işlərinin aparılmasına, şəhərin  N.Hikmət, M.Hüseynzadə, A.əhmədov, B.Hacıyev, M.Cəfərov, C.Cabbarlı, H.Cavid  küçələrində və Yeni yaşayış massivində  yolların təmirinə, habelə  yolun  sağ və sol hissəsindəki alaq otlarının biçilməsinə  sərf edildiyini bildirib.

Sadiq Xəlilov H.əliyev parkının elektrik enerjisinin ödənilməsi də Bərdə bələdiyyəsi tərəfindən ödənildiyini nəzərə çatdırıb.

Eyni zamanda Dövlət  tərəfindən  ayrılmış  8500  manat  dotasiya şəhərin  Bakıxanov,  A.Məmmədov, Səttarxan, R.Rza küçələrində və Yeni Yaşayış massivinin yollarının təmirinə  və yolun  sağ və sol hissəsindəki alaq otlarının təmizlənməsi üçün xərclənib.

Sədr birinci yarımildə bələdiyyəyə vətəndaşlar tərəfindən 36 ərizə, müxtəlif    təşkilatlar tərəfindən 55 məktub daxil olduğunu bildirib.

Təşkilatlardan daxil olmuş məktublardan 36-ı cavablandırılıb, 19 aidiyyatı orqanlara göndərilib.

Vətəndaşlardan gələn ərizələrin 20-i cavablandırılıb, 15-i aidiyyatı üzrə digər qurumlara göndərilib.

Birinci yarımillikdə 579 vətəndaş sədr tərəfindən fərdi qaydada qəbul edilərək, onlardan  98 nəfərin şikayət və müraciəti təmin olunub, 51 nəfərə hüquqi yardım göstərilib.

Belediyye.info

   

 

ŞƏRHLƏR