Azərbaycan Respublikasında 26 Sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun Bərdə rayon Mədəniyyət evində keçirilən görüşdə Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilovun cıxışı edib.
Çıxışn mətnin olduğu kimi veririk:
Hörmətli Seçicilər!
Azərbaycan cəmiyyəti inkişaf etdikcə qanunlarımız, Konstitusiyamız da təkmilləşir, daha demokratik ənənələr qanunçuluqda öz yerini tapır.
Hörmətli Millət vəkillərimiz, Konstitusiyada yeni dəyişiklərdə bağlı fikirlərini sizinlə bölüşdülər, dəyişiklərin xalqımız üçün nə dərəcədə əhəmiyyətli olduğunun izahını verdilər. Mən də bir bələdiyyə şurasının sədri olaraq bütün deyilənlərə qoşuluram.
Hörmətli seçiçilər!
Çox yaxşı haldır ki, Konstitusiya dəyişiklərdə bələdiyyələrin, bələdiyyə qulluqçularının məsulyəti barədə 146-cı maddənin daxil edilməsi həyatda yaranan bir çox məsələlərdə bələdiyyələrin işə daha məsulyyətli yanaşmalarını labüd edir. Sözsüz ki, özünüidarə oraqanı olan bələdiyyə qurumları son 16 ildə müyyən inkişaf yolu keçmişdir. Bu gün zamanın tələbi budur ki, cəmiyyətin özünüidarəetmə orqanları, o cümlədən bələdiyyələr inkişaf etsin hər bir ərazi üzrə özünüidarəetmə, özünümaliyyələşmə təmin edilsin. Lakin özünüidarəetmə orqanlarının hüquqları da tənzimlənməli, bələdiyyələrin, bələdiyyə quluqçularının tapşırılmış işə məsuliyyəti artırılmalıdır. Bütün demokratiya yalnız qanunlar çərçivəsində insanlara xidmət edir, cəmiyyətin inkişafına səbəb olur.
Bələdiyyələr seçkili orqan olaraq xalqı təmsil edirlər. Bələdiyyə haqqında qanun çərçivəsində fəaliyyət göstərirlər. Lakin bələdiyyələrin, bələdiyyə quluqçularının hərəkəti və ya hərəkətsizliyi üzündən insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların pozulmasına görə mülki məsuliyyət daşımırlar. Konstitusiyada məhz belə maddənin olması bələdiyyələrin, bələdiyyə qulluqçularının mülki məsuliyyətinin təmin edəcək,bələdiyyələrin öz faliyətinə məsuliyyətini artıracaqdır. Konstitusiyada ediləcək bu əlavə bir daha göstərir ki, dövlət xalqın istək və arzularına böyük önəm verir, vətəndaşın hüquqlarının qorunmasını birinci dərəcəli vəzifə hesab etdir. Bu həmçinin cəmiyyətimizin inkişafının yeni mərhələsidir, bələdiyyə və vətəndaş münasibətlərinin tənzimləyicisidir.
Bütövlükdə Referendum Aktının lahiyəsində yer alan bütün məsələlər cəmiyyətin inkişafı, dövlət və özünüidarəetmə orqanlarının inkişafı, demokratik ənənələrin zənginləşdirilməsi, xüsusi mülkiyyətdən səmərəli istifadə olunması, ölkə iqtisadiyyatının gücləndirilməsidir. Ediləcək dəyişikliklər mülkiyyətçilərin sahib olduqları mülkiyyətdən səmərəli istifadə olunmasını tələb edir, mülkiyyətçinin sosial öhdəliklərini ortaya qoyur, mülkiyyətdən səmərəli istifadəni təmin edir, ölkə iqtisadiyyatının inkişafına xidmət edir.
Bütün bunlar onu göstərir ki, Konstitusiyada yeni dəyişiklliklər edilməsi xalqımız, dövlətimiz və onun gələcəyi üçün nə qədər böyük əhəmiyyət daşıyır.
Buna görə də mən sizi 26 sentyabr –ümumxalq səsverməsi günü səsvermədə fəal iştrak etməyə çağrıram.