Xəzər rayonu şağan Bələdiyyəsinin 2022-ci ildə büdcə gəlirləri 31.562 manat olmuşdur ki, ondan 4.528 manat torpaq vergisi, 21.034 manat əmlak vergisi, 6.000 manat dövlət büdcəsindən maliyyələşmə (dotasiya) üzrə təşkil etmişdir. Bununla bağlı məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyənin büdcə xərcləri - 31284 manat olmuşdur ki, ondan; 21925 manat plastik kart hesabına hissəvi əmək haqqı xərclərinə, o cümlədən 6925 manat bələdiyyə qulluqçularına olan keçmiş (2017-2019) əmək haqqı borclarına, 50 manat şəhid ailəsinə yardım edilməsinə, 4.605 manat DSMF-na olan borcun hissəvi ödənişinə, 1316 manatı Vergilər Departamentinə olan borcun hissəvi ödənilməsinə, 834.50 işçilərin icbari sığortasına, 444 manat 50 qəpik bələdiyyə işçisi Cahangirov əlidən tutulmuş kredit borcu məhkəmə qərarına əsasən UNi banka köçürülmüşdür, 248 manat yanğınsöndürən balonların alınmasına, 208 manat digər (bank xidmətləri üzrə), 1.653 manat (rabitə,işıq, qaz) kommunal xərclərə sərf edilmişdir.
Bələdiyyədən bildiriblər ki, cari ildə bələdiyyə kollektivinin əsas məqsədi əvvəlki illərdə yığılıb qalmış DSMF və əməkhaqqı borcunun silinməsinə çalışmaqdır. Odur ki, hazırda kollektivin bütün üzvləri borcların ödənilməsinə səfərbər edilib.
Belediyye.info