"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sahibkarlar narazılıq edir - “Azərişıq” məsələyə aydınlıq gətiriləcəyini deyir

--2017-07-24 / 16:45

“Bərdə rayonu Təhlə kəndindən olan  altı sahibkar Belediyye.infoya müraciət edərək qarşılaşdıqları problemlərin həllinə yardımçı olmalarını xahiş  ediblər. Sahibkar Məmmədov əfqan Məhərrəm oğlu müraciət edərək  “Azərişıq” ASC-nin Bərdə  rayonu idarəsindən narazılığını ifadə edib.

Onun  sözlərinə görə, hazırda onların təsərrüfatı üçün quraşdırılan transformatordan enerji verilməsi dayandırılıb. Hər bir altı nəfərin ayrıca sayğacı olduğu halda idarə onların bir sayğacla əvəzlənməsini tələb edir. Odur ki, təsərrüfatımıza işıq verilməsi dayandırıb. Biz  altı nəfər,  Mehdiyev Vialyət Kamal oğlu, Mövsümov Elman Yusif oğlu,  Quliyev Fariz Məhəmməd oğlu, əmralıyev Kamil, Quluyev Möhübbət  bildiririk ki,  hazırda kənddə taxılçılıq və pambıqçılığın inkişafıyla bağlı təsərrüfat işləriylə məşğuluq və enerjinin kəsilməsi və sahibkarla qarşı şərt qoyulması, o cümlədən altı nəfəri bir sayğacla təmin edilməsi problem yaradır. Xahiş edirik  hər bir sahibkarın əvvəlki tək ayrıca sayğacla təmin edilməsinə şərait yaradasınız.

əks halda təsərüfatımızın suvarılması ciddi problemlərlə üz-üzə qala bilər.”

Məsələ ilə əlaqədar “Azərişiq” ASC mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayan Belediyye.infonun əməkdaşına bildirilib ki, hazırda rayonda müşavirə keçirildiyindən yerli qurumla əlaqə saxlamaq mümkün olmayıb.  Az müddət ərzində məsələyə aydınlıq gətiriləcək.

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

Belediyye.info

ŞƏRHLƏR