sorğu
“Hacıqabul bələdiyyəsi olaraq vətəndaş müraciətlərini diqqətdə saxlamaqla qaşılaşdıqları problemlərin həllinə çalışırıq”- bu fikirləri Hacıqabul şəhər bələdiyyəsinin sədri Sahil şükürov bidlirib.
Onun sözlərinə görə, bu günlərdə şəhərin M.F.Axundov küçəsinin sakinlərinin müraciətinə əsasən açıq şəkldə olan çirkab sular üçün düzəldilən arxın zibil tullantıları ilə tutulması nəticəsində problem yaranmasıyla bağlı bələdiyyəyə müraciətə baxılmışdır.
Bələdiyyə iclasında müraciətə müsbət baxılmış və əraziyə maşın-mexanizm cəlb etməklə kanalizasiya arxı təmizlənmişdir.
Bələdiyyədən onu da bildiriblər ki, bu cür problemlər bəzi hallarda vətəndaş məsuliyyətsizliyi ucbatından yaranır.
Belediyye.info