“Hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir”. Buy sözləri Azərbaycan Prezidenti ilham əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.
Prezident hər bir məmurun qarşısına vətəndaşlara vicdanla xidmət etməyi başlıca vəzifə kimi qoyduğunu bildirib. Bəs bələdiyyə rəsmiləri necə vətəndaşlara göstərdikləri xidmət səviyyəsindən razıdırlarmı? Bələdiyyələrdə şəffaflığın təmin edilməsiylə bağlı sual eyni vaxtda 20 bələdiyyə sədrinə gondərilib. Sabunçu rayonu Pirşağı qəsəbə bələdiyyəsinin sədri şakir Quliyev cavabı oxucularımızın diqqətinə çatdırırıq:
“Hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir”. Cənab ilham əliyev.
Bələdiyyə sədri olaraq, vətəndaşların problemləri ilə yaxından tanış olaraq problemlərin həllinə çalışıram. Pirşağı qəsəbə sakinlərinə daim səmimi yanaşıraq, onları dinləməyə, problemlərinin həllini tapması üçün çalışmağı özümə borcu bilirəm. Onu da qeyd edim ki, bələdiyyə büdcəsi vergi yığımına əsasən maliyyələşir və təbii ki, bütün problemlər bu vəsaitlə həll oluna bilməsədə gələcəkdə nəzərə alınaraq vətəndaşların problemləri həll olunur və diqqətdə saxlanılır”
Belediyye.info