Yasamal RiH-in təşəbbüsü, YAP-in Yasamal təşkilatının, Milli Məclisin üzvü Elnur Allahverdiyevin və Yasamal bələdiyyəsinin iştirakıyla Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan “20 Yanvar” faciəsi və həmin hadisədə müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlər ehtiramla yad edilib. Bu münasibətlə rayon ərazisində yaşayan 70 nəfər “20 Yanvar” şəhid ailəsi və əlillərinə ərzaq bağlaması paylanılıb.
Bələdiyyə sədri Tahir Məmmədovun və bələdiyyə qulluqçularının iştirakıyla keçirilən görüşlərdə iştirakçılara 20 Yanvar faciəsinin Azərbaycan tarixində təkcə faciə yox, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olması ilə bağlı fikirlər səsləndirilib. Görüşlərdə şəhid valideynləri də vətən uğrunda canını qurban verən oğulları ilə fəxr etdiklərini, həmçinin dövlətin göstərdiyi qayğıdan minnətdarlıq ifadə ediblər.
Görüşlərdə habelə Ulu Öndər Heydər əliyevin bu yolda atdığı mühüm, həlledici addımlarını, bu uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğu da bildirilib.
Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədovun sözlərinə görə, "şəhidlər vətən uğrunda, dövlətimizin müstəqilliyi uğrunda canlarından keçiblər. Dövlət tərəfindən də onlara yüksək qayğı göstərilir, imtiyazlar verilir. Cənab prezidentin göstərdiyi diqqət yerlərdə də öz əksini tapır. 20 Yanvar” şəhid ailələləri daim Yasamal bələdiyyəsinin də diqqət mərkəzindədir"
Belediyye.info
|
|
|
|