sorğu
“Kənd ərazisində yaşayan vətəndaşların məşğulluq problemlərinin aradan qaldırılmasına bələdiyyə tərəfindən böyük diqqət ayrılmışdır”- bu fikirləri Belediyye.infoya Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov bildirib.
Bu məqsədlə 2022-ci ilin hesabat dövrü ərzində bir nəfər bələdiyyə qulluğuna müddətsiz əmək müqaviləsi ilə, iki nəfər müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuşdur.
Sədrin sözlərinə görə, beş nəfər rayon ərazisindəki turizm müəssisələrində, iki nəfər rayon ərazisindəki mebel istehsalı müəssisələrində, üç nəfər isə Bakı şəhərində işlə təmin olunmalarına müvafiq köməkliklər göstərilərək, ümumilikdə on nəfər vətəndaşın məşğulluq problemi həll olunmuşdur.
Belediyye.info