şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənovun Belediyye.infoya açıqlamasında bildirilir ki, bələdiyyə üzvüləri və bələdiyyə qulluqçularının iştirakı ilə 2016-cı ilin oktyabrın ayının 31-dən noyabr ayının 5-nə dək “Yerli Demokratik Həftəsi”nin keçirilməsi müəyyən edilib.
şəmkir bələdiyyəsində Yerli Demokratik Həftəsinin keçirilməsi ilə əlaqədar geniş hazırlıq işləri aparılıb.
Belə ki, vətəndaşları məlumatlandırmaq üçün şəmkir Bələdiyyənin giriş hissəsində Yerli Demokratiya Həftəsində fəal iştirak edək şüarı vurulub.
Vətəndaşlardan daxil olajaq ərizə, şikayət və təkliflərin qəbul olunması üçün 3 yerdə poçt qutusu qoyulub.
Sədrin sözlərinə görə, son 2 gün ərzində şəmkir bələdiyyəsi üzvlərinin və bələdiyyə qulluqçularının iştirakı ilə Morul yaşayış massivində və “Sərxan” yaşayış massivində əhali ilə görüş keçirilib.
“Morul” yaşayış massivində 31 oktyabr 2016-cı ildə keçirilən “Yerli Demokratik həftəsi” təqrində 60 nəfər, 1 noyabr 2016-jı il tarixdə Sərxan yaşayış massivində isə 75 nəfər iştirak edib.
Hər iki tədbirdə 2 gün ərzində vətəndaşlardan 25 ədəd müxtəlif məzmunlu müraciətlər daxil olub.
Müraətlərdə əsasən: maddi yardımın verilməsi, həyatyanı torpaq sahəsinin verilməsi, yol təmirinin aparılması və abadlaşdırılması, əkinlərin su təminatının yaxşılaşdırılması və yeni avtobus marşurutunun açılması göstərilib.
Hər iki tədbirdə şikayət xarakterli müraciətlər olmayıb.
şəmkir bələdiyyəsində “Yerli Demokratik Həftəsi” uğurlar davam etdirilir.
Belediyye.info
|
|
|
|