şəmkir RiH Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarının iştirakıyla rayonun Yeni Həyat və Təzəkənd bələdiyyəsində yerli vergi və ödənişlərin “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə işlənilməsinin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib. Bu barədə məlumatı şəmkir RiH yayıb.
Müzakirələr zamanı bələdiyyənin vergi müfəttişlərinə yerli vergi və ödənişlərin yığımının artırılması, uçot sisteminin dəqiqləşdirilməsi, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması barədə tövsiyyələr verilib. Belə qərara alınıb ki, gələcəkdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanması kimi məsələlər bu sistemdə daha dolğun təmin edilsin.
Qeyd edək ki, şəmkir Rayon icra Hakimiyyətinin təşəbbüsü ilə bu silsilədə müzakirələr ardıcıl olaraq rayonun bütün bələdiyyələrində aparılacaqdır.
Belediyye.info