"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmsi əliyev: “Məqsədimiz Äžöranboyun mədəni həyatına öz töhvəmizi verməkdir”

--2015-08-12 / 18:15

“Goranboy  bələdiyyəsi bu gün ölkəmizin  sosial-iqtisadi və və mədəni həyatında öz töhvəsini verməkdədir. Bu sahədə əvvəlki  illərdən fərqli  olaraq inkişafın, tərəqqinin, təcürbənin artması göz önündədir. Bələdiyyəmiz   getdikcə  formalaşır,  maliyyə və  digər  imkanlarını genişləndirir”- bu fikirləri Belediyye.info  saytına Göranboy şəhər  bələdiyyəsinin sədri şəmsi əliyev deyib.

Bu günlərdə seçiciləri qarşısında hesabatla çıxış edən sədrin sözlərinə görə,     2015-ci ilin  6  ayı ərzində  Goranboy  bələdiyyəsinin  8  iclası keçirilib: “Hər bir iclasda sakinlərimizi narahat edən məsələlər müzakirəyə çıxarılaraq  həlli istiqamətində qərarlar qəbul etmişik.  

Bələdiyyənin  ilk iclasında isə  bələdiyyənin strukturu müəyyən edilərək,  icra aparatının, daimi  komissiyaların iş planları təsdiqlənib.”

Qeyd edək ki, altı ay ərzində Goranboy bələdiyyəsinə 121 ədəd məktub və 42 ərizə daxil olub. Müxtəlif məsələlərlə bağlı  bələdiyyə rəhbərliyi tərəfindən  56 vətəndaş  qəbul edilib. "Vətəndaşların  müraciətlərinə   baxılması  qaydası haqqında"  Azərbaycan Respublikası  Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılaraq  nəticəsi barədə ərizəçilərə   məlumat verilib.

 Sədrin sözlərinə görə,  Goranboy bələdiyyəsi tərəfindən  cari ilin altı ayı ərzində qanunvericilikdə  müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən toplanan verginin həcmi  22.765 manata bərabər olub.  əmlak vergisinə görə 420 manat, torpaq vergisinə görə 5846 manat, küçə reklamının yerləşməsinə görə ödəniş 2448 manat, bələdiyyə əmlakının   özəlləşməsindən  daxil olan ödəniş  10688 manat, torpağın icarəyə verilməsindən gəlir 480 manat,  marşrut avtobuslarından  dayanacaq haqqından 384 manat  olmuşdur.  

2015-ci ilin   6 ayı ərzində xərclər isə 29961 manat təşkil etmişdir. Bunlardan mədəni kütləvi tədbirlərin təşkilinə  4619 manat, imtiyazlı və imkansız 33 ailəyə bayram və ərzaq sovqatı  681 manat,  idman tədbirlərinə  2000 manat xərc çəkilib.

Bələdiyyə Göranboy şəhərinin  abadlığına ümumilikdə 11.160 manat xərc çəkmişdir.

Səkilərin salınmasını, küçələrdə təmizlik işlərinin aparılmasını, yeni ağacların əkilməsini bələdiyyə daim diqqət mərkzəində saxlayır.

əmlak vergisinin yığımında ciddi çətinliklərlə üzləşsəkdə, əhali arasında maarifləndirmə işini unutmur, müfəttişlərimiz daim əhaliyə bildirişləri paylayır, həmdə  əmlakın vergisiylə bağlı söhbətlər aparırlar.

         Belediyye.info

         

ŞƏRHLƏR