“Bələdiyyə tərəfindən hər hansı bir yenilik edilməyib”. Bu fikirləri Belediyye.info saytına Goranboy bələdiyyəsinin sədri şəmsi əliyev deyib. əmlak və torpaq vergisinin toplanması ilə bağlı məsələyə toxunan sədr bildirib ki, əhaliyə bildirişlər paylanılıb. Onun sözlərinə görə, əhali tərəfindən vergilər ödənilir, amma proses zəif gedir: “Maarifləndirmə tədbirləri çərçivəsində əmlak vergisi ilə bağlı vətəndaşlarla görüşmüşük. Onlara yeni qaydalar haqqında izahatlar verilir. Amma bildirişlər insanlara verəndən sonra sənəddə olan əmlak vergisi ilə bağlı, yəni bunun nə olması ilə bağlı müraciət edirlər. Ola bilsin ki, əhali hələ bu qaydalara tam alışmayıb və gələcəkdə əminəm ki, belə məsələlər aradan qalxacaq. Vətəndaşların könüllü şəkildə vergiləri ödəməməsi bələdiyyənin fəaliyyətinə mənfi təsir göstərir”.
ş.əliyev deyib ki, bələdiyyənin bir sıra qurumlara borcu var: “Elektrik enerjisi ilə bağlı borcumuzu tam ödəyib qurtara bilməmişik. Amma çalışırıq ki, Dövlət Sosial Müdafiə Fonduna borcumuz qalmasın. Çünki belə olan halda bank hesabımıza sərəncam qoyulur və həmin borc hesabımıza daxil olan məbləğdən tutulur. Bələdiyyə işçilərinə isə elə bir borcumuz yoxdur, avqust ayının əmək haqqı da tezliklə ödəniləcək”.
Bələdiyyə sədri deyib ki, vətəndaşlar zəbt etdikləri torpaqları hərrac vasitəsilə almaq üçün müraciət ediblər: “Bizdə bununla bağlı sənədləri hazırlayıb əmlak Məsələləri üzrə Dövlət Komitəsinə vermişik. Lakin hərrac komissiyasının fəaliyyəti tam bərpa olmadığına görə, bu iş də bir az ləngimələr var”.
Bəxtiyar Məmmədli