"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səyyar “ASAN Xidmət” Kürdəxanıda

--2017-04-20 / 19:09

“ASAN Xidmət” avtobusu Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi 4 B ünvanda Kürdəxanı bələdiyyənin inzibati binasının qarşısında  qəsəbə sakinlərinin on gün (10.04.2017-ci ildən-19.04.2017-ci ilədək) xidmətində olub. Bu barədə məlumatı Sabunçu rayon Kürdəxanı bələdiyyəsi yayıb.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarına dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümümvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yürüklüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Bələdiyyənin yaydığı məlumata görə, sakinlər ASAN xidmətin əməkdaşlarının xidmətindən razılıqlarını bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR