"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan bələdiyyəsi “Demokratiya həftə”sində hansı tədbirləri keçirib?

--2016-11-02 / 15:47

şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradovun Belediyye.infoya verdiyi məlumata görə, respublikamızın hər yerində olduğu kimi şirvan Bələdiyyəsində " Yerli Demokratiya " həftəsi keçirilir.

Sədrin sözlərinə görə, 31 oktyabr - 6 noyabr 2016 - cı il tarixlərində keçirilən Demokratiya həftəsində şivan bələdiyyəsinin seçilərlə görüşləri davam edir.

31 oktaybrda saat 11:00 -da şirvan bələdiyyəsində keçirilən birinci tədbirdə 31 nəfər iştirak edib.

Bələdiyyənin yaydığı məlumatda bildirilir ki, bələdiyyə sədri K.Muradov tədbirdə çıxış edərək, Yerli Demokratiya Həftəsinin mahiyyəti və eyni zamanda son 1 ildə bələdiyyənin şirvan şəhərində apardığı tikinti və təmir, abadlıq və quruculuq işləri barədə iştirakçılara məlumat verib. Tədbirdə bələdiyyə üzvlərindən bir çoxları iştirak edib.

Sədr müavini F.Həsənov, şöbə müdiri M.Məmmədov , Torpaq,təmir və tikinti şöbəsinin mütəxəssisi D.Mehdiyev çıxış edərək iştirakçıları maraqlandıran suallarıa cavablandırıblar.

Tədbir iştirakçıları bir sıra təkliflər veriblər. Onların təklifləri qeydə alınıb.

 1 noyabr 2016 cı il tarixində şirvan Mədəniyyət Mərkəzində qrafikə uyğun olaraq seçicilərlə növbəti görüş baş tutub.

Görüşü Bələdiyyənin sədr müavini F.Həsənov açaraq bir illik görülən işlər haqqında hesabat xarakterli çıxış edib. Sonra bələdiyyə üzvü N.Nəmini bələdiyyənin fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb.

2 noyabr 2016-cı il tarixində şirvan şahmat və idman məktəbində seçilərlə Demokratiya həftəsiylə bağlı növbəti görüş olub.

 Görüşü Bələdiyyə sədri Kürdoğlu Muradov açaraq seçicilərə bələdiyyənin fəaliyyəti barədə geniş məlumat verib.

Görüşdə bələdiyyənin şöbə müdürləri M.Muradov , M.Məmmədov . D.Mehdiyev çıxış edərək seçicilərin suallarına cavab veriblər.

Sədr K.Muradov görüşə yekun vurub. Ümumilikdə görüşlərdə 110 nəfərdən çox seçici iştirak edib. Növbəti görüşlər  tədbirlər planına uyğun olaraq 3 və 4 noyabr tarixlərində bələdiyyənin inşa etdiyi tədbirlər evində əhali və seçicilərlə  keçiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR