Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlının fikrincə, bələdiyyənin maliyyə imkanlarının artırılması üçün məhallədaxili gecə və gündüz dayanacaqların təşkili, səyyar satışın təşkili, xüsusi ayrılmış yerlərdə malların səyyar (mövsümi) satışının təşkili, kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının yaradılması, habelə Goradil bağ massivində istixananın yaradılması, bununla yanaşı Novxanı, Goradil və Fatmayi bağ massivlərində təndir çörəklərinin bişirilməsi,tez hazırlanan qəlyanaltıların, yeməklərin hazırlanması və satışı işinin təşkili də planlaşdırılıb. Sözsüz ki, qaldırılan məslələrin əksəriyyəti bələdiyyə iclasında müzakirə edilib.
Bələdiyyələrə əlavə olaraq maliyyə istiqamətlərinin verilməsinə gəlincə, sədrin fikrincə bələdiyyənin inzibati ərazisində olan hüquqi və fiziki şəxslərin torpaq və əmlak vergilərini, o cümlədən fiziki şəxslərin gəlir vergisinin toplanmasının bələdiyyənin səlahiyyətinə verilməsi daha məqsədə uyğun olardı.
Son olaraq bələdiyyə sədri altı ay ərzində əldə etdiyiniz maliyyə vəsati sizi qane etdimi-sualına maraqlı rəqəmlərlə cavab verdi:
- Binəqədi bələdiyyəsi 6 ay ərzində bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaiti qarşıya qoyulan planı tam ödəmədi, lakin əvvəl ki illərlə müqayisədə müəyyən qədər irəliləyiş hiss edildiyindən qane edir. Belə ki, 2015-ci ilin birinci yarımilində 186.000 manat, 2016-cı ildə 200.000 manat, 2017-ci ildə isə 233.000 maliyyə vəsaiti əldə edə bilmişik.
Növbəti illərdə bu rəqəmlərin artırılmasına çalışacağıq.
Belediyye.info