"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

T.Tağıyev: “Tədbirdə iştirakdan qürur və fəxarət hissi duydum”

--2016-10-24 / 22:30

Avropa şurasında Yerli və Regional Hakimiyyətlər Konqresinin 31-ci sessiyası öz işini başa çatıb.  Konqresin işində Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Azərbaycanın Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki milli nümayəndə heyətində  Azərbaycan şəhər Bələdiyyələr Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevdə iştirak edib.

T. Tağıyev  tədbirlə bağlı təəsüratlarını sosial şəbəkədəki profilində maraqlı statusla  paylaşıb.

“2002-ci ildə Azərbaycan Avropa şurasına üzv olduqda Ulu Öndər Heydər əliyev Avropa şurasına Azərbaycandan hədiyyə olaraq bu xalçanı təqdim etmişdir. Xüsusi olaraq vurğulamalıyam ki, Avropa şurası bugünədək cəmi altı ölkənin hədiyyəsini qəbul etmişdir. Bunlardan biri də məhz Azərbaycandır. Bu Ulu Öndər Heydər əliyev şəxsiyyətinin və onun uzaqgörən siyasətinin dünyadakı nüfuzundan və əvəzsizliyindən xəbər verir.

QÜRUR Və FəXARəT HiSSi DUYDUM!”

Belediyye.info

ŞƏRHLƏR