Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev Belediyye.infoya açıqlamasında əksər bələdiyyələrin fəaliyyətsiz olduğunu qeyd edib. Onun sözlərinə görə, bələdiyyələrin formalaşmasına və inkişafına hər zaman dövlət qayğı göstərir. Ancaq yerli özünidarəetmə orqanlarının özlərinin təşəbbüsləri azdır. Bugün bələdiyyələr işlərini torpaq alqı-satqısı ilə yekunlaşdırmaq istəyir. Özlərinin istehsal sahələrinin açılmasına, digər maliyyə imkanlarının tapılmasına maraqlı deyillər:
"Bələdiyyələr ələbaxımlıqdan çıxmaq üçün özləri təşəbbüskarlıq göstərməlidir. Bələdiyyələr gözləyir ki, əlavə dotasiyalar ayrılsın, səlahiyyət verilsin. Amma bünün üçün də bələdiyyələr bunu bacardığını göstərməlidir. iş adamları ilə müqavilələr bağlıyıb iş görə bilər. Öz torpaqlarında kənd təsərrüfatı sahələri ilə məşğul ola bilər. Digər maliyyə imkanları da tapıla bilər. Yaxud ən adi halda bərbərxana, gözəllik salonunu açmaq olar. ən elementar kitabxana və park sala bilər. Təəssüf ki, onlar bu addımı atmaq istəmirlər. Heç bir ölkədə bələdiyyələrə müstəsna səlahiyyət verilmir. Amma bələdiyyələr yan təsirləri ram etməyi bacarmalıdır. Qanunu ortaya qoyaraq onlara olan təsirlərdən yayınmalıdır. Bələdiyyələr vətəndaşlarla işləməyi bacarmalıdır. inanıram ki, artıq bələdiyyələr ölkə başçısının iradlarından nəticə çıxaracaq».