"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Taleh Quliyev: “inzibati nəzarət bələdiyyələrin fəaliyyətini məhdudlaşdıra bilməz”

--2016-01-22 / 16:19

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir” – bu fikri ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin  inzibati nəzarət idarəsinin böyük məsləhətçisi kicik ədliyyə müşaviri Taleh Quliyev bildirib. Onun sözlərinə bütün məqamlar Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq nəzərə alınaraq hazırlanıb, o cümlədən  Bələdiyyələrlə iş mərkəzinin və  Regional ədliyyə şöbələri  öz səlahiyyətləri daxilində Qanunvericilik baş idarəsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı vəzifələrinin icrası qaydalarını müəyyən edir.

Mərkəz təmsilçisinin sözlərinə ğörə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatın 1.3 bəndində qeyd edilir: “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həmçinin qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərlə bağlı nəzarətin ədliyyə Nazirliyinə həvalə edildiyi hallarda da həyata keçirilir.” Məhz bu təlimatın növbəti bəndində konkret yazılır: “inzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.”

Təlimatda daha sonra qeyd edilir: “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilərkən Mərkəz və şöbə tərəfindən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır.”

Belediyye.info

 

 

ŞƏRHLƏR