“Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası fəaliyyətində iki əsas istiqamətə üstünlük vermək niyyətindədir”-bu fikirləri Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının bu günlərdə yeni seçilən sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Belediyye.infonun əməkdaşıyla söhbətində bildirib.
Onun sözlərinə görə, bu istiqmətlərdən biri əldə edilən nailiyyətləri, təcrübənı digər ölkələrin bələdiyyə sistemiylə paylaşmaqla beynəlxalq əlaqələri genişləndirmək, ikinci istiqamət isə daha böyük uğurlara imza atmaq üçün birgə əməkdaşlıq yolu ilə Azərbaycanda aparılan köklü islahatlarda yaxından iştirak etməkdir. Bu gün Baltikyanı ölkələrlə, habelə qardaş Türkiyənin bələdiyyələri ilə sıx əlaqələr qurulub. Hər il bu ölkələrin nümayəndə heyətləri Azərbaycana gəlir. O cümlədən bizim bələdiyyə təmsilçilərimiz adıçəkilən ölkələrə səfəri gerçəkləşdirilir. Çoxlu sayda “Qardaşlaşmış şəhərlər”imiz yaranıb. Bu şəhərlər arasında ciddi əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Ancaq məqsədimiz prosesi inkişaf etdirməklə, həm də digər ölkələrin bələdiyyə sistemiylə yaxından tanış olmaq və öz təcrübəmizi paylaşmaqdır. Qeyd edək ki, ötən dövrdə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə edərək, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olublar. Bir struktur olaraq bələdiyyələrın cəmiyyətdə rolu məyyən mənada artıb...
Təmraz Tağıyev: “Bu gün ölkə bələdiyyələri özünün inkişaf yolunu keçməkdədir. Hər bir bələdiyyə vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edir, onların etimadını arıtırmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa çalışırlar. Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin rəhbərliyi ilə son on ildə gələcəyə hesablanan əhatəli dövlət proqramlarının, genişmiqyaslı sosial və infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyaraq, demokratik proseslərə güclü təkan verməklə, beynəlxalq aləmdə nüfuzunu gücləndirməkdədir. Belə halda Azərbaycan bələdiyyələri də öz sözünü demək üçün yalnız qarşılıqlı əməkdaşlıq yoluyla proseslərə öz töhvələrini verə bilərlər. Bələdiyyələr formalaşdığı gündən dövlətin yaxından dəstəyini hiss edir, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik bazası möhkəmləndirilir. Hər bir bələdiyyə bu dəstəyi hiss edir, üzərilərinə düşən məsuliyyət yükünü dərk edərək fəaliyyət göstərdikləri inzibati ərazidə bu etimadi doğruldacaqlarına əminəm. Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası bu istiqmətdə bələdiyyələrə daim dəstək verməyə hazırdır. Yalnız uğurlu fəaliyyətimizlə bələdiyyə sistemini daha böyük uğura imza atmağa şərait yardacağıq”
Xatırladaq ki, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təsis yığıncağı 2006-cı ilin noyabrın 30-da Bakı şəhərində keçirilib. 2007-ci ilin yanvar ayının 31-də AşBMA-nın Nizamnaməsi ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Belediyye.info